CƏMİYYƏT


Cari ilin altı ayı ərzində 151 nöqtədə 608 kamera quraşdırılıb

Bakı, 7 iyul, AZƏRTAC

Cari ilin altı ayı ərzində 151 nöqtədə 608 kamera quraşdırılıb və müvafiq texniki vasitələrin sayı 3293 nöqtə üzrə 11 min 840 vahidə çatdırılıb.

AZƏRTAC xəbər verir ki, bu fikir iyulun 7-də Daxili İşlər Nazirliyində 2017-ci ilin birinci yarısında cinayətkarlıqla mübarizə, ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi üzrə fəaliyyətin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş kollegiya iclasında səsləndirilib.

Bildirilib ki, cinayətlərin qarşısının alınmasında və açılmasında xüsusi mülkiyyətə aid obyektlərdə quraşdırılmış daha 100 minə yaxın videomüşahidə kamerasından da uğurla istifadə olunur. Cinayətə görə məsuliyyətin labüdlüyünün təmini işi də nəzarətdə saxlanılaraq məhkəmədən, istintaqdan və təhqiqat orqanlarından yayınan 1607, o cümlədən ağır və xüsusilə ağır cinayətlərə görə 346 təqsirləndirilən şəxs tutulub.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.