MƏDƏNİYYƏT
Cari ilin dörd ayında Gürcüstanı 370 mindən çox Azərbaycan vətəndaşı ziyarət edib
Tbilisi, 4 may, AZƏRTAC
Cari ilin yanvar-aprel aylarında Azərbaycandan Gürcüstana 373 min 350 nəfər gəlib. Bu göstərici ilə azərbaycanlılar Gürcüstanı ziyarət edən xarici ölkə vətəndaşları sırasında birinci yerdədir.
Siyahıda ikinci yerdə 365 min 244 nəfərlə Türkiyədir.
Bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin analitik-informasiya departamenti məlumat yayıb. Məlumatda deyilir ki, ümumiyyətlə cari ilin ilk dörd ayında Gürcüstana 1 milyon 381 min nəfər xarici ölkə vətəndaşı gəlib. Bu da, 2014-cü ilin eyni dövrü ilə müqayisədə 1,6 faiz azdır.
Gürcüstana gələnlərin 431 min 378-i turist olub, 298539-u tranzit keçidi edib. Qalan 591093 nəfər ölkəyə başqa məqsədlərlə gəlib.
Turistlərin sayı keçən ilin dörd ayı ilə müqayisədə 6 faiz azalıb.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.11.2023 [16:59]
Roma tətilləri: şopinq xüsusiyyətləri
- 29.08.2023 [10:59]
Göllər diyarının cazibədarlığı
- 29.08.2023 [00:26]
Rusiyadan Azərbaycana turist axını 4 dəfə artıb
- 25.08.2023 [14:40]
Qazaxıstanın gəzməli-görməli məkanları - qədim və müasir Çimkənd VİDEO
- 24.08.2023 [10:20]
“MasterChef Türkiye” növbəti verilişini Azərbaycana həsr edib
- 23.08.2023 [15:27]
Şahdağda motosiklet festivalı təşkil edilib
- 22.08.2023 [14:08]
Zalsburq: turistləri buraya cəlb edən nədir?
- 17.08.2023 [17:32]
“Bu il Türkiyənin turizm sektorunda bahalaşma qeydə alınıb” – açıqlama
- 05.08.2023 [10:52]