İQTİSADİYYAT


Cari ilin ilk altı ayında Səngəçal terminalından 148 milyon barreldən çox neft və kondensat ixrac edilib

A+ A

Bakı, 22 avqust, AZƏRTAC

Bu ilin birinci yarısında Səngəçal terminalı 148 milyon barreldən çox neft və kondensat, o cümlədən 132 milyon barreldən çox Bakı-Tbilisi-Ceyhanla (BTC), təxminən 15,5 milyon barrel Qərb İxrac Boru Kəməri marşrutu (QİBK) və təqribən 0,5 milyon barrel kondensat ixrac kəməri vasitəsilə ixrac edib.

“BP-Azerbaijan” şirkətindən AZƏRTAC-a bildirilib ki, yanvar-iyun aylarında terminaldan həmçinin gündəlik orta hesabla 29,3 milyon standart kubmetr (1 milyard 35 milyon standart kubfut) “Şahdəniz” qazı da ixrac olunub.

Hesabat dövründə “Azəri-Çıraq-Günəşli” (AÇG) və “Şahdəniz” yataqlarından neft və qazın sualtı boru kəmərləri vasitəsilə Səngəçal terminalına göndərilməsi davam edib. Terminalın texniki emal sistemlərinin gündəlik gücü hazırda 1,2 milyon barrel neft və “Şahdəniz” qazı üçün təqribən 29,5 milyon standart kubmetrdir. Terminalın ümumi qaz emalı və ixracı gücü isə (AÇG səmt qazı da daxil olmaqla) gündəlik təqribən 49,3 milyon standart kubmetr təşkil edir.

Qaz terminaldan əsasən Cənubi Qafqaz Boru Kəməri (CQBK) və terminalın qaz emalı obyektlərini “Azəriqaz” İstehsalat Birliyinin qazpaylama sistemi ilə birləşdirən SOCAR-a məxsus qaz kəməri ilə ixrac olunur.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.