İQTİSADİYYAT
Cari ilin ilk üç ayında ölkədə 2045 müəssisə və təşkilat yaradılıb
Bakı, 29 aprel, AZƏRTAC
Bu ilin yanvar-mart aylarında ölkədə 2045 müəssisə və təşkilat (onların nümayəndəlik və filialları) yaradılıb və onların sayı keçən ilin müvafiq dövrünə nisbətən 19,3 faiz artıb.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, yeni müəssisə və təşkilatların 61,3 faizi Bakıda, 11,8 faizi Aran, 7,7 faizi Abşeron, 5,3 faizi Quba-Xaçmaz, 5,0 faizi Lənkəran, 4,5 faizi Gəncə-Qazax iqtisadi rayonlarında, qalanları isə digər bölgələrdə qeydiyyatdan keçib.
Bundan əlavə, həmin dövr ərzində fərdi sahibkarlıqla məşğul olmaq üçün ölkənin vergi orqanlarında 26 min 437 fiziki şəxs qeydiyyatdan keçib və onların sayı keçən ilin müvafiq dövrünə nisbətən 44,6 faiz artıb.
Fərdi sahibkarlar daha çox Bakıda, Aran, Gəncə-Qazax, Lənkəran, Abşeron, Şəki-Zaqatala və Quba-Xaçmaz iqtisadi rayonlarında qeydiyyata alınıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.03.2024 [17:52]
® “Nar” ilə səyahətdə “WhatsApp”da pulsuz yazış!
- 19.03.2024 [17:42]
® “Unibank” biznes sahibləri üçün “Bahar endirimi” kampaniyası keçirir
- 19.03.2024 [17:32]
“Business Sweden” COP29 ilə bağlı Azərbaycanla əməkdaşlığa açıqdır
- 19.03.2024 [16:32]
Bakı hava limanı bayram günlərində fasiləsiz iş rejimində çalışacaq
- 19.03.2024 [16:12]
Azərbaycanın turizm imkanları Moskvada nümayiş etdirilir
- 19.03.2024 [16:04]
Nazir: “Onlayn Azərbaycan” layihəsinin 71 faizi icra olunub
- 19.03.2024 [15:13]