İQTİSADİYYAT


Cari ilin on bir ayında elektrik avadanlıqlarının istehsalı 3,2 dəfə artıb

Bakı, 25 dekabr, AZƏRTAC 

Cari ilin yanvar-noyabr aylarında kompyuter və elektron məhsulların, elektrik avadanlıqlarının istehsalı sahələrində 147,8 milyon manatlıq məhsul istehsal olunub. Əvvəlki illə müqayisədə kompyuter və elektron məhsullarının istehsalı 10,6 faiz, elektrik avadanlıqlarının istehsalı isə 3,2 dəfə artıb.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, on bir ay ərzində əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə maye və qazların məsrəfinin və ya səviyyəsinin ölçülməsi üçün cihazların istehsalı iki artıb. Məişət soyuducularının istehsalı 27,9 faiz, 1 kilovoltdan çox gərginlik üçün elektrik cərəyanı naqillərinin istehsalı 91,2 faiz azalıb. Bu dövrdə qəbuledici qurğuları olmayan 10,2 min radio və televiziya verilişləri aparatları, 103 ədəd məlumatın saxlanması üçün mərkəzi vahidlər, 120 ədəd dəyişən cərəyanla işləyən generator istehsal edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.