REGİONLAR


Cari ilin sonuna kimi Goranboy rayonu üzrə qazlaşdırma 94 faiz təşkil edəcək

A+ A

Goranboy, 24 iyul, AZƏRTAC

Prezident İlham Əliyevin bölgələrdə yaşayış məntəqələrinin qazlaşdırılması istiqamətində verdiyi tapşırıqlar Goranboy rayonunda da plana uyğun olaraq mərhələli şəkildə uğurla icra olunur.

AZƏRTAC xəbər verir ki, 2016-cı ilin birinci yarısında rayon üzrə 5 kənddə 672 abonentə təbii qaz verilib.

Hazırda isə 7 kəndə- Yolpaq, Səmədabad, Qaraçinar, Qaramusalı, Yəhərçi Qazaxlar, Sarov və Goranlıya metal və polietilen borularla daşıyıcı və paylayıcı qaz xətləri çəkilir. Bu kəndlərdə işlər başa çatdıqdan sonra rayon üzrə qazlaşdırma 94 faiz təşkil edəcək. Təbii qaz abonentlərinin sayı 1214 olan digər 13 kəndin qazalaşdırılmasına isə yaxın vaxtlarda başlanılacaq.

İşlər tam başa çatdırıldıqdan sonra Goranboy rayonu üzrə 79 kəndin demək olar ki, hamısı təbii qazla tam təmin olunacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.