DÜNYA


Cari ilin sonunadək pərakəndə mobil satışların ümumi həcmi 220 milyard dollara çatacaq

A+ A

Bakı, 21 oktyabr, AZƏRTAC

“App Annie” şirkətinin riteyl bazarında mobil proqramların tendensiyaları haqda hesabatına əsasən, mobil texnologiyalar, mobil ödənişlər və “push” bildirişlər riteylerin alətlər dəstinə daxil olub. Şirkətin məlumatına əsasən, mobil riteyl sektoru inkişaf edir. Baxılmış ölkələrdə alıcılar tərəfindən onlayn və oflayn kanalları birləşdirən mağazaların “Android” proqramlarda keçirilmiş ümumi vaxt son 12 ayda təxminən 40 faiz artıb.

AZƏRTAC “cnews.ru” saytına istinadən xəbər verir ki, sahə üzrə ekspertlərin mobil riteyl sektorunun inkişafı haqda qiymətləndirmələri fərqlənsə də, onlar yaxın bir neçə ildə mobil riteyl sektorunun xeyli inkişaf edəcəyinə əmindirlər. “Internet Retailer”in proqnozuna əsasən, 2016-cı ilin sonunadək pərakəndə mobil satışların qlobal həcmi 220 milyard dollara yaxınlaşacaq ki, bu da 2015-ci illə müqayisədə 53 faiz daha yüksəkdir.

Təhlil edilmiş ölkələrdə (ABŞ, Koreya Respublikası, Yaponiya, Almaniya, Böyük Britaniya, Fransa) son 12 ayda riteyler proqramlardan istifadə artıb. Həmçinin istifadəçilər onlayn və oflayn riteyl alətlərini tez-tez birləşdirməyə başlayıblar.

Məlum olub ki, “Android” sistemli qurğularda riteyler proqramlardan istifadə ABŞ, Koreya Respublikasında və Yaponiyada populyardır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.