ELM VƏ TƏHSİL
Cari tədris ilində Azərbaycan Universitetini 320 gənc bitirib
Bakı, 25 iyun, AZƏRTAC
Azərbaycan Universitetinin iyirmi ikinci buraxılışına həsr olunan “Məzun günü” keçirilib.
Universitetdən AZƏRTAC-a bildiriblər ki, tədbirdə bu ali məktəbin rektoru Fərid Əhmədov məzunları təbrik edib, uğurlar arzulayıb. Qeyd edilib ki, 2015/2016-cı tədris ilində Azərbaycan Universitetini on doqquz ixtisas və on ixtisaslaşma üzrə 276–sı bakalavr, 44-ü magistrant olmaqla 320 məzun bitirir.
Tədbirdə universitetin ictimai həyatında fəallıq göstərmiş və fakültələr üzrə yüksək nəticələr əldə etmiş məzunlara diplomlar verilib.
Məzunlar təhsil müddətində onlara yaradılmış şəraitə görə bu ali məktəbin rəhbərliyinə minnətdarlıqlarını bildirib, doğma universitetin şərəfini daim uca tutacaqlarına, müəllim və valideynlərinin etimadını doğruldacaqlarına söz veriblər.
Tədbir bədii hissə ilə yekunlaşıb.