İQTİSADİYYAT


“Carlo Pazolini” mağazasında festival fürsətləri

Bakı, 20 aprel, AZƏRTAC

Festivala qoşulan daha bir mağaza – “Carlo Pazolini” də alıcılar üçün xüsusi güzəşt kampaniyasına başlayıb. Aprelin 10-dan etibarən Bakının İnşaatçılar prospekti 4a və Bül-bül prospekti 23 ünvanlarında, eləcə də, Gənclik Mall-da yerləşən “Carlo Pazolini” mağazalarında endirimlərə start verib.

Azərbaycan Konqreslər Bürosundan AZƏRTAC-a bildirilib ki, Bakı Şopinq Festivalı günlərində bu mağazada seçilmiş mallara 30 faizədək endirimlər tətbiq edilib. Üstəlik, alıcılar “Baku Shopping Festival – Tax Free” stikerini gördükləri mağazada festival zamanı aldıqları malların əlavə dəyər vergisini (ƏDV) geri ala biləcəklər.

Bu fürsətdən hər kəs, festivalın sonuncu gününə – mayın 10-dək istifadə edə bilər.

Festivala qoşulan mağazaların sayı hər gün artmaqdadır. Qeydiyyatdan keçmiş və hər gün əlavə olunan yeni mağazaların ümumi siyahısı ilə http://bakushopfest.com/our-stores/ linkində tanış olmaq olar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.