İQTİSADİYYAT


Caspian Brand Award beynəlxalq mükafatının təqdimetmə mərasimi dekabrın 7-də keçiriləcək

A+ A

Bakı, 8 sentyabr, AZƏRTAC

IV Beynəlxalq Caspian Energy Forum-2016 çərçivəsində Bakıda Caspian Brand Award (www.brandaward.org) beynəlxalq mükafatının təqdimetmə mərasimi təşkil olunacaq. Caspian Brand Award beynəlxalq mükafatına (www.brandaward.org) il ərzində istehlakçılarda böyük maraq doğurmuş və populyarlıq qazanmış məşhur məhsul və xidmət brendləri layiq görülür.

Caspian European Clubun (Caspian Business Club) sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyevin AZƏRTAC-a verdiyi məlumata görə, artıq beşinci dəfə təşkil olunacaq Caspian Brand Award beynəlxalq mükafatının təqdimetmə mərasimi Xəzər-Qara dəniz və Baltik regionu dövlətlərində yüksək reytinq qazanıb. Bu mükafat təkcə məhsul və xidmət brendlərinə deyil, eyni zamanda korporativ brendlərə də təqdim olunur.

“Səsvermədə iştirak edən brendlərin adları www.brandaward.org saytında təmənnasız yerləşdirilir. Qaliblər üçün (qalibin rəsmi qaydada elan edilməsindən əvvəl və sonra) hər hansısa əlavə ödəniş nəzərdə tutulmayıb. Caspian Brand Award beynəlxalq mükafatında iştirak etmək üçün tələb olunan yeganə şərt Caspian European Clubun (Caspian Business Club) üzvü olmaqdır”, - deyə T.Əliyev qeyd edib.

Mükafat üzrə nominantlar arasında qaliblər Caspian European Clubun (Caspian Business Club) şirkətləri arasında keçirilən internet sorğusunun nəticələrinə əsasən müəyyənləşdirilir. Nominasiya üzrə qalib gəlməkdən ötrü tələb olunan minimal səs sayı 5 mindir. Eyni nominasiyada bir neçə brend 5 mindən çox səs topladığı halda ən çox səs yığmış brend qalib elan edilir.

“Caspian Brand Award mükafatının təqdimetmə mərasimində iştirak etmək üçün www.caspianenergy.org saytında qeydiyyatdan keçmək olar. Mərasimdə həmçinin Caspian Energy Forumun saytında (www.caspianenergyforum.com) qeydiyyatdan keçmiş nümayəndələr də iştirak edəcəklər”, - deyə T.Əliyev vurğulayıb.

Hazırda 2016-cı dekabrın 7-də təşkil olunacaq 4-cü Beynəlxalq Caspian Energy Forum-2016-da iştirak etmək üçün 200-dən artıq nümayəndə qeydiyyatdan keçib.

Forumda iştirak üçün qeydiyyat: http://caspianenergyforum.com/index.php/en/registration 

Caspian Brand Award beynəlxalq mükafatı Caspian European Club-un (Caspian Business Club) və Caspian Energy İnternational Media Groupun dəstəyi ilə keçirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.