Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

“Caspian Energy Forum 2017”nin Azərbaycanda İKT sektorunun inkişafına həsr olunmuş xüsusi sessiyası keçirilib

Bakı, 14 dekabr, AZƏRTAC

Dekabrın 14-də Bakıda Azərbaycan Respublikasının rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadənin rəhbərliyi ilə biznes-forum, “Caspian Energy Forum 2017”nin Azərbaycanda İKT sektorunun inkişafına həsr olunmuş xüsusi sessiyası təşkil olunub.

AZƏRTAC xəbər verir ki, biznes-forum, “Caspian Energy Forum 2017”nin xüsusi sessiyası Azərbaycanın ümummilli lideri Heydər Əliyevin xatirəsinə ehtiram əlaməti olaraq bir dəqiqəlik sükutla açılıb.

Biznes-forumda çıxış edən Azərbaycan Respublikasının rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin 2016-cı il ərzindəki fəaliyyəti barədə məlumat verib. Görüş zamanı özəl sektorun dövlət tərəfindən həyata keçirilən İKT layihələrdə iştirak imkanları, həmçinin “Caspian European Club” (“Caspian Business Club”) şirkətlərini maraqlandıran məsələlər müzakirə olunub.

E.Vəlizadə genişzolaqlı internet, mobil və stasionar rabitə, rəqəmsal televiziya, sputnik xidməti sahələrinin, xarici banklar və beynəlxalq maliyyə institutları ilə birgə İKT layihələrinin həyata keçirilməsi üzrə əməkdaşlığın inkişafına toxunub. O həmçinin ixracyönümlü məhsulların istehsalına istiqamətlənmiş layihələrin inkişaf perspektivlərindən söhbət açıb. E.Vəlizadə, o cümlədən innovasiya inkişafının əhəmiyyətini vurğulayıb. Bununla əlaqədar startapların inkişafı və yeni texnologiyanın tətbiqini xüsusilə qeyd edib.

Biznes-forumda “Caspian European Club”un (“Caspian Business Club”) yarandığı gündən mövcud olan sahə klublarının, xüsusilə də Cabir Cümşüdovun rəhbərlik etdiyi “Caspian European İT Club”un və Səbinə Məmmədlinin rəhbərlik etdiyi “Caspian European Telecommunication Club”un fəal rolu vurğulanıb.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin rəhbərliyi ilə baş tutan konstruktiv dialoq zamanı şirkətlərin təklifləri dinlənilib, biznesmenlərin üzləşdikləri problemlər müzakirə olunub və onların həlli yolları nəzərdən keçirilib.

“Caspian European Club”un (“Caspian Business Club”) sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyev bildirib ki, Azərbaycanda biznes-hökumət dialoqunun əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub. Sahibkarlarla 2002-ci il aprelin 25-də keçirilmiş tarixi görüş iqtisadiyyatın bütün sahələrinin inkişafına təkan verdi. Məhz buna görə Azərbaycan Prezidenti, “Caspian European Club”un (“Caspian Business Club”) sədri İlham Əliyev klub təsis etməklə qarşıya dövlətlə biznes arasında daimi dialoqun yaradılması, “Caspian European Club”un (“Caspian Business Club”) keçirdiyi görüşlər çərçivəsində problemlərin operativ həll edilməsi, həmçinin sahibkarların problem və təkliflərinin nazirlik və dövlət qurumları rəhbərləri tərəfindən öyrənilməsi məqsədini qoymuşdu. “Caspian European Club”un (“Caspian Business Club”) mövcud olduğu 15 il ərzində tərəfimizdən Xəzər-Qara dəniz və Baltik regionunun 17 ölkəsinin dövlət və hökumət rəhbərləri, nazirləri ilə görüşlər təşkil edilmişdi, - deyə Telman Əliyev qeyd edib.

Telman Əliyev, həmçinin bildirib ki, “Caspian European Club” (“Caspian Business Club”) 2002-ci ilin iyununda Xəzər-Qara dəniz regionunda fəaliyyət göstərən nəhəng neft-qaz şirkətlərinin dəstəyi ilə yaradılıb. “Caspian European Club”un (“Caspian Business Club”) sədri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevdir. Telman Əliyevin sözlərinə görə, yarandığı ilk gündən “Caspian European Club” (“Caspian Business Club”) neft sahəsindən əldə olunan gəlirlərin qeyri-neft sektorunun inkişafına cəlb edilməsinə kömək edir. Sıralarında 5 mindən artıq şirkət və təşkilatı birləşdirən “Caspian European Club” (“Caspian Business Club”), dünyanın 50 ölkəsində fəaliyyət göstərir və dövlət qurumları ilə özəl sektor arasında dialoqa dəstək istiqamətində fəal iş aparır.

O, “Caspian European Club” (“Caspian Business Club”) və “Caspian Energy İnternational Media Group” ilə sıx əməkdaşlığa və biznesmenlərə göstərilən dəstəyə görə Elmir Vəlizadəyə minnətdarlığını bildirib.

Telman Əliyev qeyd edib ki, 2017-ci il aprelin 12-də keçiriləcək 4-cü Beynəlxalq “Caspian Energy Forum 2017” iqtisadiyyatın nəqliyyat, maliyyə, yanacaq-enerji kompleksi, İKT, aqrosənaye və başqa sahələrinə həsr olunmuş daha bir neçə sessiyadan ibarət olacaq. Xüsusi sessiyalar çərçivəsində “Caspian European Club”un (“Caspian Business Club”) üzv şirkətlərinin və ümumilikdə özəl sektorun problemləri dərindən öyrəniləcək, onlar maraqlandıqları suallara cavab almaq imkanı əldə edəcəklər.

Biznes-forumda Elmir Vəlizadəyə “Caspian European Club”un (“Caspian Business Club”) fəxri üzvlük sertifikatı təqdim olunub. Bundan əlavə, “Caspian European Club”un (“Caspian Business Club”) yeni şirkətlərinə də sertifikatlar verilib.

Biznes-forumda rəhbər və menecerlər, Azərbaycan, Qazaxıstan, Rusiya və Türkiyədən olan 120-dən artıq biznesmen, həmçinin Azərbaycanda akkreditə olunmuş diplomatik nümayəndəliklərin başçılarının və beynəlxalq təşkilatların 23 nümayəndəsi iştirak edib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Fizika fakültəsinin məzunları 50 il sonra ADPU-da görüşüblər

® “Beyin ölümü diaqnozunun təyininə multidissiplinar yanaşma” mövzusunda seminar keçirilib

BDU-da respublika elmi konfransı: 1918-ci il mart soyqırımı tarixi tədqiqatlarda

Türk dünyasında törədilən soyqırımları və onların nəticələri – konfrans

Neftçalada özünüməşğulluq proqramı çərçivəsində qurulmuş təsərrüfatlara baxış olub

Musiqili Teatrda Lütfəli Abdullayevin xatirəsi anılıb

BDU Elmi şurasının növbəti iclası

Culfada Yaycı soyqırımı qurbanlarının xatirəsi anılıb

Sofiya Universitetində “Yaz paralelləri: Azərbaycan-Bolqarıstan” sərgisi təşkil olunub

Baş katib: MDB Dövlət İnformasiya Agentlikləri Rəhbərləri Şurası Bakıda toplaşacaq

Sırski: Rusiya Xarkova hücum etsə, bura onlar üçün “ölümcül şəhər" olacaq

Pakistan Azərbaycanla İKT sahəsində gənclərin mübadiləsi proqramına başlamaq niyyətindədir

31 Mart – azərbaycanlıların soyqırımı tarixin hələ tam açılmamış səhifələrindəndir

Kənd təsərrüfatı nazirinin müavini Masallıda vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Harvard Universitetinin təqaüdçüsü: Məqsədim Azərbaycanda astrofizika sahəsini daha çox inkişaf etdirməkdir - EKSKLÜZİV

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Premyer Liqa: “Neftçi” səfərdə “Qəbələ”ni məğlub edib

BDU-nun 105 illik yubileyi ilə əlaqədar tədbirlər planı hazırlanacaq

Azərbaycanlı şahmatçılar beynəlxalq turnirdə qələbə qazanıblar

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Kürdəmirdə vətəndaşları qəbul edib

Naxçıvanda ilk dəfə maralfalfa bitkisi əkilib

Milli Kitabxanada Əli Tudənin anadan olmasının 100 illiyi qeyd edilib

Azərbaycan-Çin əlaqələri - tarixi İpək yolundan başlanan dostluq

® “Azercell” gənclərin informasiya texnologiyaları sahəsində inkişafını dəstəkləməyə davam edir

BMT-nin İnkişaf Proqramı çərçivəsində COP29-la bağlı potensial tərəfdaşlıq müzakirə olunub

Ədəbiyyat Muzeyində “Soyqırımlarının qıra bilmədiyi sarsılmaz iradə” mövzusunda elmi sessiya keçirilib

Qubada aqrar sahənin investisiya imkanları və yeni çağırışlar müzakirə olunub

Rusiya XİN: Ermənistan quru yerdə qala bilər

® “Rabitəbank”dan yüksək keşbekli əməkhaqqı kartı!

Ceyhun Bayramov: Sülh prosesinin irəlilədilməsi istiqamətində yeni çağırışlar yaradan bir sıra addımlar prosesə maneə törədir

Biləsuvarda Azərbaycanlıların Soyqırımı Gününə həsr olunan elmi konfrans keçirilib

Naftalanda şəhid ailələri və qazilər üçün iftar süfrəsi açılıb

Xabi Alonso “Bayer”də qalacağını açıqlayıb

Harvard Universiteti qədim kitabın cildindən insan dərisini çıxarıb

Naxçıvanda Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş elmi konfrans keçirilib

AZAL martın 31-dən yay uçuş cədvəlinə keçir

“Bülbülün qonaqları” rubrikası növbəti dəfə Məmməd Səid Ordubadiyə həsr olunub

Məktəblərdə direktor müavini vəzifəsinə işə qəbul üzrə təkrar müsahibə keçirilir

İlahiyyat İnstitutunun “Qonağınız müəllimlərinizdir” layihəsi davam edir

Mərkəzi Gömrük Hospitalında 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr edilmiş tədbir keçirilib

Quba şəhərindəki kütləvi məzarlıq 1918-ci il mart soyqırımının qanlı tablolarından biridir - elmi konfrans

“Telegram”da yeni funksiyalar olacaq

Təhsil müəssisəsində aşkar edilən qanunsuzluqlarla bağlı başlanmış cinayət işi məhkəməyə göndərilib

XƏBƏRDARLIQ: Hava şəraiti dəyişəcək, külək, yağış, qar, daşqın və sel gözlənilir

Aygün Zərbəliyeva: “Meta”da təxminən 20 nəfər azərbaycanlı çalışır

Rəcəb Tayyib Ərdoğan may ayında Vaşinqtona səfər edəcək

Aşqarlar Kimyası İnstitutunda mart soyqırımı qurbanlarının xatirəsi anılıb

Energetika naziri Qazaxda vətəndaşlarla görüşüb

“Everton”un sabiq futbolçusu ömürlük həbs oluna bilər

Türkiyədə bələdiyyə seçkilərinə hazırlıq başa çatıb

Gənclərə ətraf mühitin qorunması, alternativ enerji mənbələri mövzularında təlim keçirilib

31 Mart - tarixi yaddaşımızdan silinməyən soyqırımı

Məhkumların uşaqları həm əyləndi, həm öyrəndi

Tovuzda 40 yaşlı kişini “tok” vurub öldürdü VİDEO

“2026-cı ilə qədər 6000 keçmiş məcburi köçkünün peşə təliminə cəlb olunması nəzərdə tutulub” - AÇIQLAMA

® Mərkəzi Gömrük Hospitalının həkimi Almatıda keçirilən beynəlxalq elmi-praktik konfransda məruzə ilə çıxış edib

® “PAŞA Qrup” şirkətləri tərəfindən Novruz bayramı ərəfəsində növbəti sosial aksiya keçirilib

"Aqroservis" ASC-nin sədr müavini Zaqatalada vətəndaşları qəbul edib, təsərrüfatlarla tanış olub

“AzScienceNet” Şəbəkə İdarəetmə Mərkəzində “FileSender” xidməti istifadəyə verilib

Azərbaycan alimi nüfuzlu jurnalın redaksiya heyətinin üzvü seçilib

® “Unibank” biznes mobil bankçılıq üzrə ən yaxşı banklar siyahısındadır

Turizm və Menecment Universitetində 1918-ci il mart soyqırımına həsr olunan tədbir keçirilib

Türk Mədəniyyəti və İrsi Fondunun növbəti layihəsi – “Turk Discovery” yutub platforması

Bakıdakı təsnifat turnirində 33 ölkənin güləşçiləri mübarizə aparacaqlar

BMU-da Azərbaycanlıların Soyqırımı Günü qeyd olunub

Ömür boyu eyni yerdə işlədi, İkinci Dünya müharibəsindən sonra Türkiyəyə yollanmış atasını tapdı... Vəfalı oldu

Kukla Teatrında növbəti xeyriyyə aksiyası

Almaniyada kimlər daha çox pensiya alır?

Aqrar sığorta eksperti təlimi üçün müraciət müddəti uzadılıb

Havada toz müşahidə olunur

Mart soyqırımı amansızlığına və miqyasına görə bəşər tarixində ən qanlı faciələrdəndir RƏY

Qəsdən adam öldürməyə cəhd faktı ilə bağlı cinayət işi məhkəməyə göndərilib

Pasxa ərəfəsində Fransada təhlükəsizlik tədbirləri gücləndirilir

Ceyhun Kərəmov: Böyük Qayıdış regionda peşə təhsili sistemi üçün də yeni imkanlar açır - YENİLƏNİB VİDEO

Bu gündən 181 avtobus yeni nəqliyyat mübadilə mərkəzindən hərəkət edəcək

İsveçrənin hidrogen qatarı rekord vurub

“Meta” səsimizi dinləyirmi? Şirkətin London ofisində çalışan azərbaycanlı ilə MÜSAHİBƏ VİDEO

Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 2016-cı il 7 sentyabr tarixli 1617050000011400 nömrəli Qərarı ilə təsdiq edilmiş “Səyyar vergi yoxlamasının keçirilməsi Qaydaları”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Kollegiyasının QƏRARI

Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 2015-ci il 19 may tarixli 1517050000003100 nömrəli Qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslərin uçota alınması, yenidən uçota alınması və uçotdan çıxarılması Qaydaları”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Kollegiyasının QƏRARI

Bu ilin fevralında Türkiyənin ticarət balansının kəsiri azalıb

Tədqiqat: Təbii və süni dadlandırıcılar qanda şəkəri azaldır

Bakıda informasiya texnologiyaları və onların tətbiqi üzrə 2-ci beynəlxalq konfrans keçiriləcək

Laçındakı Aqrosənaye parkında 46 müəssisə fəaliyyət göstərəcək

Qulu Ağsəsin “Görsən üşüyürsən...” adlı şeirlər kitabı çap olunub

Moskvada MDB İqtisadi Şurasının iclası keçirilib VİDEO

Türkiyədə ABŞ nümayəndə heyəti ilə Ukrayna müharibəsi və terrorizmlə mübarizə məsələləri müzakirə ediləcək

Argentina millisinin futbolçusunu hədələyən cinayətkarlar saxlanılıb

Yaz mövsümü və allergik xəstəliklər

Azərbaycan Premyer Liqasında daha 2 turun cədvəli məlum olub

Deputat: Mart soyqırımları bəşər tarixində ən qanlı faciələrdəndir

Əmək və əhalinin sosial müdafiəsi naziri Neftçalada vətəndaşları qəbul edib

Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək

Barselonada ekstremal quraqlıq hökm sürür

“Uğurlarımın arxasında duran ən böyük səbəb budur” – peşə məktəbi məzununun UĞUR HEKAYƏSİ

Azərbaycan Kubokunda yarımfinal mərhələsinin cavab oyunlarının proqramı açıqlanıb

Fransa dövləti və Daxili Təhlükəsizlik Baş İdarəsi məhbusu necə manipulyasiya edib?

Salyan sakinindən külli miqdarda heroin götürülüb

ABŞ-ın Ukraynaya yardımının ümumi məbləği 113 milyard dolları keçib

Sabah ölkə ərazisində hava şəraiti dəyişkən buludlu olacaq

“60 çiçək – bir çələng” adlı Zəfər almanaxı işıq üzü görüb