İDMAN


Cayson Qonzales: Bakı gözlədiyimdən də gözəldir

A+ A

Bakı, 13 sentyabr, AZƏRTAC

Mən bundan əvvəl bir neçə şahmat olimpiadasında iştirak etmişəm. İndi isə Bakıdayam. Bütün olimpiadalar maraqlı keçir. Burada isə hər şey möhtəşəmdir.

AZƏRTAC xəbər verir ki, bu sözləri Bakıda təşkil olunan 42-ci Ümumdünya Şahmat Olimpiadasının iştirakçısı Filippinin qadın komandasının kapitanı Cayson Qonzales deyib.

O bildirib ki, oyun zalı çox geniş və işıqlıdır. Bu, insanda yaxşı əhvali-ruhiyyə yaradır ki, bunun da oyunlarda əhəmiyyəti böyükdür. Güclü komandalar yarışdığından oyunlar çox gərgin və maraqlı keçir. “Komandamıza ümidlər böyükdür. İnanıram ki, oyunları uğurla başa vuracağıq”, - deyə kapitan bildirib.

Cayson Qonzales deyib: “Bakı gözlədiyimdən də gözəldir. Burada ilk dəfədir oluram. Hər şey mənə möcüzə kimi görünür. Şəhər sanki Xəzər dənizini ağuşuna alıb. Bu mənzərə gecələr daha da möhtəşəm görünür”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.