MƏDƏNİYYƏT


Caz pianoçusu Elçin Şirinov Polşada “Voicingers-2017” festivalında iştirak edəcək

Bakı, 4 avqust, AZƏRTAC

Avqustun 10-dan 20-dək Polşanın Jorı şəhərində “Voicingers-2017” festivalı keçiriləcək.

AZƏRTAC festivalın saytına istinadla xəbər verir ki, “Voicingers-2017”də tanınmış caz pianoçusu Elçin Şirinov da iştirak edəcək. O, festival çərçivəsində avqustun 14-də və 20-də təşkil ediləcək konsert proqramlarında səhnəyə çıxacaq.

Azərbaycan xalq musiqisinin zəngin repertuarından istifadə edən Elçin Şirinov yeni nəsil caz musiqiçilərinin parlaq nümayəndəsidir. O, post-bop caz musiqi elementlərini Azərbaycan xalq və klassik musiqisinin üslub, melodiya və mikrotonları ilə birləşdirməklə məşhurdur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.