ELM VƏ TƏHSİL
“CeBIT 2017” beynəlxalq rəqəmsal texnologiyalar sərgisi keçiriləcək
Bakı, 6 yanvar, AZƏRTAC
Martın 20-dən 24-dək Almaniyanın Hannover şəhərində informasiya texnologiyaları, telekommunikasiyalar, informasiya texnologıyaları həlləri və xidmətləri üzrə dünyanın ən böyük sərgilərindən biri “CeBIT 2017” keçiriləcək.
AZƏRTAC xəbər verir ki, beynəlxalq sərgi “Müəssisə resurslarının planlaşdırılması və verilənlərin analizi”, “Korporativ kontentin idarə edilməsi”, “Veb və mobil həllər”, “İnformasiya texnologiyaları xidmətləri”, “Təhlükəsizlik”, “Kommunikasiyalar və şəbəkələr”, “Verilənlərin emalı infrastrukturu və mərkəzləri”, “Tədqiqatlar və innovasiyalar” bölmələri üzrə təşkil olunacaq.
“CeBIT” sərgisi 1986-cı ildən etibarən hər il keçirilir. Ötən illərdə sərgi ilə bağlı tədbirlərdə 120 ölkədən 221 min nəfər iştirak edib.