REGİONLAR


Cəbhə bölgəsində yerləşən kənd məktəbinin uğuru

A+ A

Ağdam, 10 avqust, Tahir Ağaməmmədov, AZƏRTAC

Cəbhə bölgəsində yerləşən Ağdam rayonu Ayaz Abbasov adına Qaradağlı kənd tam orta məktəbinin məzunları builki qəbul imtahanlarında yüksək nəticələr əldə ediblər.

AZƏRTAC xəbər verir ki, təhsil ocağını bitirən 14 məzundan 13-ü imtahanlarda iştirak etmək üçün sənəd verib və hamısı ali məktəblərə qəbul olub. Məktəbin məzunu Qəzənfər Qəzənfərli isə ən yüksək nəticə göstərərək 662 balla Bakı Ali Neft Məktəbində təhsil almaq hüququ qazanıb.

Qeyd edək ki, rayonun ən qabaqcıl ümumtəhsil ocaqlarından olan Qaradağlı kənd tam orta məktəbinin binası əsaslı təmir edilib. Təhsil ocağında 329 şagirdin təlim-tərbiyəsi ilə 48 müəllim məşğul olur. Cəbhə xəttinin bir neçə kilometrliyində yerləşən kənd məktəbində şagirdlərin davamiyyəti, tədrisin keyfiyyəti yüksəkdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.