REGİONLAR


Cəbhə bölgəsindəki hərbi hissələrdə “Açıq qapı” günü keçirilib

A+ A

Tərtər, 11 sentyabr, AZƏRTAC

Qurban bayramı ərəfəsində Tərtər rayonu ərazisindəki hərbi hissələrdə keçirilən “Açıq qapı” günündə əsgər valideynləri və yaxınları ilə yanaşı, rayon icra hakimiyyətinin nümayəndələri, müharibə veteranları, şəhid ailələri, təhsil, səhiyyə, mədəniyyət işçiləri, məktəblilər də iştirak ediblər.

AZƏRTAC xəbər verir ki, qonaqlar hərbi hissələrdəki xidmət və məişət şəraiti, texnika və silahlarla tanış olub, inzibati binalara, əsgər yataqxanaları və yeməkxanalara baş çəkiblər.

“Açıq qapı” günündə əsgər və zabitlər qarşısında çıxış edən rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov şəxsi heyəti Qurban bayramı münasibətilə təbrik edib. “Hər bir azərbaycanlının ən böyük arzusu torpaqlarımızın düşmən tapdağından azad olunması və Azərbaycan bayrağının Dağlıq Qarabağda dalğalanmasıdır. Bunun üçün hər birimiz üzərimizə düşən vəzifələri layiqincə yerinə yetirməliyik. Qələbə uzaqda deyil, biz işğal altındakı torpaqlarımızı Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında azad edəcəyik”, – deyə M.Məmmədov bildirib.

Çıxışlarda qeyd olunub ki, həyata keçirilən məqsədyönlü tədbirlər sayəsində Azərbaycan Ordusu Cənubi Qafqaz regionunun ən güclü, nizam-intizamlı və müasir silahlarla təchiz olunmuş, bacarıqlı kadr potensialına malik ordusuna çevrilib. Azərbaycan ordusu işğal olunmuş torpaqlarımızı hər an azad etməyə hazırdır.

Hərbi hissə ilə tanışlıq zamanı valideynlər Azərbaycan ordusu ilə fəxr etdiklərini bildirib, silahlı qüvvələrimizə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.

Tərtər Rayon İcra Hakimiyyəti tərəfindən hərbi hissələrə qurban payı verilib.

İncəsənət ustalarının ifasında rəngarəng konsert proqramı əsgərlərdə və onların valideynlərində əsl bayram əhval-ruhiyyəsi yaradıb. Qonaqlar şəxsi heyətlə birgə şənlənib, bayram süfrəsi arxasında nahar ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.