REGİONLAR


Cəbhə kəndindəki məktəb binası təmir olunur

Ağdam, 13 yanvar, AZƏRTAC

Ağdam rayonunun cəbhə xəttində yerləşən Mahrızlı kənd tam orta məktəbinin binası təmir olunur.

AZƏRTAC xəbər verir ki, 280 şagird yerlik məktəb binasının dam örtüyü tamamilə təzələnib, qapı-pəncərələr, döşəmə dəyişdirilib. Divarlar suvanıb, elektrik xətti çəkilib, sanitar qovşaq tikilib, istilik sistemi qurulub. Hazırda rəngsaz işləri görülür, tavan vurulur.

Məktəbin həyətində geniş abadlıq işləri aparılacaq, tamet döşənəcək. Təmir işlərinin mart ayında başa çatdırılması nəzərdə tutulur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.