SİYASƏT


Cəbhə xəttində yerləşən birləşmə və hərbi hissələrin döyüşə hazırlıq səviyyəsi yoxlanılıb

Bakı, 8 iyul, AZƏRTAC

Müdafiə Nazirliyinin rəhbərliyi tərəfindən cəbhə xəttində yerləşən birləşmə və hərbi hissələrin döyüşə hazırlıq səviyyəsi yoxlanılıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, qəfil yoxlama zamanı döyüş tətbiqi üzrə qoşunlara verilən qərarlar dəqiqləşdirilib, bütün qoşun növləri və qisimlərinin qarşılıqlı əlaqədə fəaliyyət məsələləri bir daha öyrənilib.

Müdafiənin ön xəttində yerləşən hərbi hissələrdə olan müdafiə naziri, general-polkovnik Zakir Həsənov şəxsi heyət, döyüş texnikaları və digər hərbi vasitələrin hazırlığı və tətbiqi məsələləri ilə maraqlanıb.

Silahlı Qüvvələrin Ali Baş Komandanının tapşırığına əsasən Müdafiə Nazirliyinin rəhbərliyi Ermənistan silahlı qüvvələri tərəfindən iyulun 4-də Füzuli rayonunun Alxanlı kəndinin atəşə tutulması nəticəsində mülki şəxslərin həlak olduğu yerə baxış keçirərək mərhumların yaxınlarına başsağlığı verib. Sakinlərlə görüşdə mülki əhalinin təhlükəsizliyinin təmin edilməsi istiqamətində əlavə tədbirlərin görüldüyü də diqqətə çatdırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.