REGİONLAR


Cəbhə xəttində yerləşən yaşayış məntəqələrinin problemləri diqqətdə saxlanılır

Füzuli, 6 fevral, AZƏRTAC

Prezident İlham Əliyevin əhalinin problemlərinin yerində öyrənilməsi, həll edilməsi, vətəndaş-məmur münasibətlərində şəffaflığın təmin edilməsi barədə tapşırıqları Füzuli rayonunda daim diqqət mərkəzində saxlanılır. Rayonun yaşayış məntəqələrində mütəmadi olaraq vətəndaşlarla görüşlər keçirilir, onların təklif və qayğıları həll edilir.

AZƏRTAC xəbər verir ki, növbəti səyyar qəbul-görüşlər rayonun idarə, müəssisə və hüquq-mühafizə orqanlarının rəhbərlərinin, ictimaiyyət nümayəndələrinin iştirakı ilə təmas xəttində yerləşən Əhmadalılar, Qazaxlar və Mirzənağılı kəndlərində keçirilib.

Rayon rəhbərliyi və ictimaiyyət nümayəndələri əvvəlcə işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndində olub, uzun illər burada yaşayan Oqtay Həziyevin ailəsinə baş çəkiblər. Ailə üzvləri ilə görüşdə Prezident İlham Əliyevin Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı imzaladığı Sərəncam yüksək qiymətləndirilib, kənd sakinlərinin tezliklə öz torpaqlarına qayıdacaqlarına əminlik ifadə olunub.

Sakinlərlə keçirilən görüşlərdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Alı Alıyev bildirib ki, cəbhə xəttinin bir neçə yüz metrliyində yerləşən Qazaxlar, Mirzənağılı və Əhmədalılar kəndlərinin elektrik, su, qaz və yol ilə bağlı problemləri tam həll olunub. Kəndlərdə məktəb, uşaq bağçası, xəstəxana, kitabxana, poçt məntəqəsi, mədəniyyət evi fəaliyyət göstərir. Hər üç kənddə torpaq islahatı aparılıb, hər bir sakin pay torpağı ilə təmin olunub.

Görüşlərdə rayonun xidmət təşkilatları rəhbərlərinin həmin kəndlərdə gördükləri işlərə dair hesabatları dinlənilib. Ayrı-ayrı sahələrə dair kənd sakinləri tərəfindən irəli sürülən müraciət, təklif və şikayətlər yerindəcə həll edilib, digərləri isə nəzarətə götürülüb.

Sakinlər məcburi köçkünlər üçün vahid aylıq müavinətin müəyyən edilməsi ilə bağlı Fərmanın dövlətimizin başçısının məcburi köçkünlərə olan növbəti diqqət və qayğısı kimi qiymətləndiriblər.

Görüş zamanı, həmçinin pambıqçılıq və baramaçılığın inkişaf etdirilməsi, əhalinin bu sahənin hesabına məşğulluğunun təmin edilməsi ilə bağlı görülən işlər də müzakirə olunub. Kənd sakinlərinə həyətyanı və pay torpaqlarından səmərəli istifadə edilməsi ilə bağlı tövsiyələr verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.