SİYASƏT


Cəbhəboyu zonada yerləşən daha iki yeni hərbi şəhərciyin açılışı olub  VİDEO

Bakı, 22 iyun, AZƏRTAC

Müdafiə Nazirliyinin rəhbərliyi cəbhə bölgəsində yeni inşa edilən zenit-raket və mühəndis-istehkam hərbi hissələrinin açılışında iştirak edib.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, ərazidəki qərargah, xüsusi texnika üçün saxlanclar, əsgər yataqxanaları, yeməkxana, sıra meydanı və digər hərbi obyektlər ilə tanışlıq olub.

Hərbi hissələrdən birində yeni inşa olunacaq yeməkxananın təməlqoyma mərasimində iştirak edən müdafiə naziri, general-polkovnik Zakir Həsənov müvafiq tapşırıqlar verib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.