Azərbaycan Dövlət İnformasiya Agentliyi

Cəbhədə son vəziyyət: Beynəlxalq təşkilatlar və vasitəçilər nəyin yanındadır – ədalətin, yoxsa işğalın?

Cəbhədə son vəziyyət: Beynəlxalq təşkilatlar və vasitəçilər nəyin yanındadır – ədalətin, yoxsa işğalın?

Son günlər cəbhə xəttində baş verən hadisələr Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə bütün dünyanın diqqətini cəlb edib. İndi müharibə tək səngərdə deyil, bütün platformalarda, o cümlədən beynəlxalq təşkilatların müstəvisində də davam edir. Azərbaycanın işğal olunmuş ərazilərində erməni silahlı qüvvələrinin təxribatı ilə başlayan atışmaların əks-sədası qlobal səhnədə də kimin nəyi müdafiə etdiyini əyani surətdə göstərir.

Bu günlərdə beynəlxalq təşkilatlar, onların rəhbərləri tərəfindən münaqişənin aktiv mərhələyə keçməsi ilə bağlı ciddi narahatlıq bildirilməklə yanaşı, kimin hansı mövqeni müdafiə etməsi də bir daha göründü. Azərbaycanın ədalətli mövqeyini birmənalı şəkildə dəstəkləyənlərlə yanaşı, məsələyə neytral yanaşanlar, hətta işğalçıya haqq qazandırmağa çalışanlar da var. Bu məqamda bəzən münaqişənin nədən yaranmasına, Azərbaycan torpaqlarının ermənilər tərəfindən işğal olunmasına deyil, sırf humanitar yanaşmaya da üstünlük verənlər tapılır.

Halbuki Azərbaycan torpaqlarının işğal olunması faktı BMT Təhlükəsizlik Şurasının və əksər beynəlxalq təşkilatların sənədlərində öz əksini tapıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Təhlükəsizlik Şurasının son iclasında ermənilərin hazırkı təxribatının əsl səbəblərini göstərdi: “Ermənistanın əsas məqsədi status-kvonun dəyişməz qalmasıdır. Danışıqlar prosesi iyirmi ildən artıqdır ki, aparılır. Bu iyirmi il ərzində həlledici məqamlarda Ermənistan həmişə təxribatlara əl atırdı. Təmas xəttində Ermənistan tərəfindən daim gərginlik yaradılır. Eyni zamanda, keçən əsrin sonlarında Ermənistan parlamentində terror aktının törədilməsi də məhz bu məqsədi güdürdü ki, münaqişə ilə bağlı mümkün olan razılaşmanı əngəlləsinlər və beləliklə, status-kvonu saxlaya bilsinlər”.

Bu baxımdan Azərbaycanın ədalətli mövqeyi bir sıra beynəlxalq təşkilatların rəhbərləri tərəfindən dəstəkləndi. AŞPA sədri Pedro Aqramunt işğalçını öz adı ilə adlandırdı. P.Aqramunt bəyanatında bildirdi ki, “Ermənistan BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq qoşunlarını işğal altında olan Azərbaycan torpaqlarından çıxarmalıdır”.

İslam Əməkdaşlıq Təşkilatı da Azərbaycanın haqq davasına öz daimi dəstəyini göstərdi. Təşkilat erməni hərbi qüvvələri tərəfindən Azərbaycana qarşı təcavüzkar addımları pislədi. İƏT-in baş katibi İyad bin Amin Mədəni Azərbaycan torpaqlarındakı erməni işğalının davam etməsindən yaranan bu gərginlikdən narahat olaraq bildirib ki, “erməni hərbi qüvvələri işğal etdiyi Azərbaycan torpaqlarını dərhal qeyd-şərtsiz tərk etməlidir”.

Hazırda davam edən silahlı münaqişə ilə bağlı türk dünyasını təmsil edən təşkilatlar da Azərbaycana dəstəklərini bildiriblər. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibi Ramil Həsənov problemin sülh yolu ilə həll edilməsi üçün bütün erməni silahlı qüvvələrinin işğal edilmiş Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxmalarının vacib olduğunu bildirib.

Beləliklə, beynəlxalq ictimaiyyət Azərbaycanın haqlı mövqeyini müdafiə edir. Lakin təəssüf ki, erməni diasporunun pulla ələ aldığı bəzi riyakar siyasətçilər də təmsil etdikləri beynəlxalq təşkilatların tribunasından öz çirkin məqsədləri üçün istifadə edirlər. Amerika Dövlətləri Təşkilatının baş katibi Luis Almagronun bəyanatı bu təşkilatın prinsiplərini belə pozur. Birincisi, dünyanın digər yarımkürəsinin dövlətlərinin birləşdiyi bir təşkilatın öz regionunda baş verən hadisələrə deyil, Qafqazda baş verən hadisələrə münasibət bildirməsi, həm də ədalətsiz yanaşması özü-özlüyündə maraqlıdır. Bəs necə olur ki, L.Almagro Afrikada, Asiyada, lap elə Amerika qitəsinin özündə baş verən hadisələrə belə canfəşanlıqla mövqe bildirmir. Demək, xüsusi bir maraq var.

2010-2015-ci illərdə Uruqvayın xarici işlər naziri olan Luis Almagronun erməni pulları hesabına danışması ilk dəfə deyil. Onun “Daşnaksütyun” partiyasının və “Hay Data” qrupunun üzvləri ilə davamlı əlaqəsi var və erməni puluna satılmış siyasətçilərdən hesab olunur. O, xarici işlər naziri olarkən Dağlıq Qarabağla bağlı Latın Amerikası ermənilərinin tədbirlərində məsuliyyətsiz bəyanatlar vermiş və sonradan öz sözlərini təkzib edib. Yəni, Luis Almagronun erməni pulunun əsiri olması faktdır.

İkincisi, hərbi əməliyyatlar Azərbaycanın işğal olunmuş ərazilərində gedir. Belə olan halda baş katibin iddia etdiyi kimi Azərbaycan tərəfindən beynəlxalq hüquq prinsiplərinin pozulması necə ola bilər. Xatırlatmaq yerinə düşər ki, onun təmsil etdiyi təşkilatın bütün üzvləri Azərbaycanın ərazi bütövlüyünü tanıyır və müvafiq olaraq hazırda müharibə gedən ərazidə kimin təcavüzkar olduğunu bilirlər. Belə olan halda Amerika Dövlətləri Təşkilatında təmsil olunan ölkələr erməni diasporunun pulu ilə hərəkət edən baş katibin onların adından danışmasına niyə imkan verirlər? Azərbaycan bununla bağlı öz mövqeyini həm təşkilata, həm də təşkilatda təmsil olunan bütün ölkələrə bildirəcək.

Ərəstü Həbibbəyli,

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının

xarici əlaqələr şöbəsinin müdir müavini

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Alim: Ermənistanın Eçmiədzin kilsəsi Alban kilsələrinin yox olmasına səbəb olub

Azərbaycan millisinin futbolçusu: Tacikistanla oyuna ciddi hazırlaşmışıq

Rəcəb Tayyib Ərdoğan: Türk Dövlətləri Təşkilatı ildən-ilə güclənir

Türkiyə Prezidenti: BMT Təhlükəsizlik Şurasında mütləq islahat aparılmalıdır

Rəcəb Tayyib Ərdoğan: Azərbaycan və Ermənistan arasında daimi sülhün bərqərar olmasını arzulayırıq

UNEC-də 27 Sentyabr – Anım Gününə həsr olunan tədbir keçirilib

Donald Tramp Danimarka və Qrenlandiya rəhbərləri ilə təhlükəsizlik sazişi imzalayıb

Bu saata olan əsas xəbərlər  

Türkiyə Prezidenti: Fələstin xalqının səsini dünyaya çatdırmağa davam edəcəyik

Bakıda yerləşən ali təhsil müəssisələrində tədris distant təşkil olunacaq

Cavad Cavadlının 100 illiyinə həsr edilmiş kitabın təqdimatı olub

“Yeni qala” konsert kompleksinin açılışı olub

Ayxan Abbasov: Bu hazırlığımızı qarşıdakı üç oyun üzərində quracağıq

BMT-nin Baş katibi: İqlim təhlükələri realdır, lakin ümid də var

Antonio Quterreş Yaxın Şərqdə atəşkəsə və humanitar yardımları bərpa etməyə çağırıb

Tramp Beynəlxalq Cinayət Məhkəməsinə üzv ölkələri qurumdan rəsmən çıxmağa çağırıb

Voleybol üzrə Azərbaycan çempionatlarının təqribi start tarixi bəlli olub

İran Prezidentinin təyyarəsi Əlcəzairdə texniki eniş edib

ABŞ Prezidenti: Ukrayna müharibəsi düşündüyümüzdən daha tez başa çatacaq

Doğma yurda qayıdan Kərkicahan sakini: Bu gün bizim ən xoş günümüzdür

Azərbaycana uçuşlar həyata keçirən İran aviaşirkətlərinin reysləri dayandırılır

Kişi qiyafəsinə girərək məşq edən əfqanıstanlı velosipedçi qadın Asiya Oyunlarında medal qazanıb

Tramp: ABŞ və Venesuela dünya neftinin 60 faizindən çoxuna sahibdir

Donald Tramp: Azərbaycan Prezidenti bildirdi ki, 6 ayda möcüzə yaratmışam

Fərid Hüseyn: Nizami Gəncəvi və Seyid Yəhya Bakuvi irsi hər nəsil üçün yeni düşüncə imkanları yaradır

ABŞ Prezidenti: İranın nüvə silahına sahib olmasına heç vaxt icazə verməyəcəyəm

Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyasının açılışında iştirak edib

Formula 1 Azərbaycan Qran-Prisinə son 2 gün: Bakı sürət yarışına hazırdır VİDEO

Formula 1 Azərbaycan Qran-Prisinə son 2 gün: Bakı sürət yarışına hazırdır VİDEO

Azərbaycanın innovasiya və startap ekosistemi Daşkənddə təqdim olunacaq

Tramp: Amerika geri qayıdıb və əvvəlkindən daha güclüdür

Azərbaycan XİN: Tsxinvali bölgəsində keçirilmiş qondarma “prezident seçkiləri”nin nəticələrini tanımırıq

Altıncı “Yüksəliş” müsabiqəsinin qalibi Mətanət Rzazadə ilə MÜSAHİBƏ VİDEO

Altıncı “Yüksəliş” müsabiqəsinin qalibi Mətanət Rzazadə ilə MÜSAHİBƏ VİDEO

Fransa və ABŞ Hörmüz boğazına dair qətnamə hazırlayır

Dövlət Komitəsində vətəndaşların müraciətləri dinlənilib

Müşavirə dağ-mədən və metallurgiya sektoruna dövlət dəstəyinin artırılmasına imkan verəcək - ŞƏRH

Minsk qrupunun sonunu gətirən “silah” – TƏHLİL

Azərbaycanda xalça istehsalı 48 dəfə, ixracı isə 4,4 dəfə artıb – QRAFİK

Londonda Formula 1 azarkeşləri Azərbaycan Qran-Prisi barədə nə düşünürlər?  VİDEO

Londonda Formula 1 azarkeşləri Azərbaycan Qran-Prisi barədə nə düşünürlər?  VİDEO

“Birliyin Gücü - 2026" birgə hərbi təliminin açılış mərasimi olub VİDEO

“Birliyin Gücü - 2026" birgə hərbi təliminin açılış mərasimi olub VİDEO

BMT-nin Baş katibi: Afrikanın daimi təmsil olunmadığı Təhlükəsizlik Şurası ədalətsizdir

Quterreş: Şəbəkələşmiş gələcəyin qurulması super dövlətlərin müəyyən hədlərin mövcudluğunu qəbul etməsi ilə başlayır

IMO nümayəndəsi: Mülki gəmilərə hücumlar səbəbindən Qara dənizdə gəmiçilik demək olar dayanıb

Regionların inkişafı davamlı sosial-iqtisadi inkişaf strategiyasının mühüm tərkib hissəsidir - ŞƏRH

Dağ-mədən və metallurgiya sənayesinin inkişafı təhsil sistemi üçün yeni kadr gündəliyi formalaşdırır – ŞƏRH

Bir zamanlar ekranda heyranlıqla izlədiyi döyüşçülər kimi oldu - 19 yaşlı şəhid Seymur Əzizalıyev

® “Samsung Micro RGB”: yeni nəsil arxa işıqlandırma texnologiyası nə verir?

Tacikistan yığmasının baş məşqçisi: Bizi Azərbaycan millisi ilə maraqlı oyun gözləyir

Azərbaycan və Malayziya mərkəzi bankları mühasibat uçotu təcrübələrini bölüşüb

Azərbaycan ilə Almaniya enerji əməkdaşlığının genişləndirilməsini dəyərləndirib

Kənd Təsərrüfatı naziri Məcnun Məmmədov “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb

Süni intellekt müəllimin köməkçisi ola bilərmi?

Qafqaz Albaniyasının xristian irsi Azərbaycanın qədim dövlətçilik tarixinin ayrılmaz hissəsidir ŞƏRH

“ADEX-2026” sərgisində iştirak edəcək ölkələrin və şirkətlərin sayı artıb

III Beynəlxalq Opera Festivalı çərçivəsində konsertlər davam edir

Azərbaycan və Gürcüstanın regionları arasında əməkdaşlığın genişləndirilməsi imkanları araşdırılır

Moldova hökuməti Dnestr çayının dayazlaşması ilə əlaqədar fövqəladə vəziyyətin tətbiqini təsdiqləyib

Azərbaycan Ordusunun Baş Qərargah rəisi Türkiyə nümayəndə heyəti ilə görüşüb

BMT ekspertləri süni intellekt üzərində nəzarətin itirilməsi barədə xəbərdarlıq ediblər

Deputat: Azərbaycana qarşı aparılan kampaniyanın dirijoru Ermənistan hakimiyyətidir

“Mançester Yunayted”in sabiq futbolçusu Rusiya klubları ilə danışıqlar aparır

Böyük Zəfərin əbədi qəhrəmanları - Ədəbiyyat Muzeyində elmi seminar

AXA sədri Ağcabədidə vətəndaşlarla görüşüb, təsərrüfatlara baş çəkib

Vənglidə görmədiyiniz məkanlar – Xaçınçayın sahilindən REPORTAJ VİDEO

Vənglidə görmədiyiniz məkanlar – Xaçınçayın sahilindən REPORTAJ VİDEO

Avropada qazın qiyməti 3 həftənin minimumuna enib

“ASAN xidmət”in Kambocada tətbiqi ilə bağlı işlər sürətləndirilir

Stokholmda bir milyon kron dəyərində park skamyaları oğurlanıb

“Gümüşü Dost”: Yaşlıların təcrübəsi könüllülükdə VİDEO

“Gümüşü Dost”: Yaşlıların təcrübəsi könüllülükdə VİDEO

Qafqaz Albaniyasının heykəltaraşlıq nümunələri: ideya və inancların simvolu

“Sumqayıt” basketbolçusu ilə yeni müqavilə imzalayıb

BDU-da Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Akademiyası yaradılıb

Teatr tarixində ilk: Tamaşalarımız Türkiyənin ən böyük sənət vəqfi tərəfindən mükafatlandırılacaq

Parlamentin Gənclər və idman komitəsinin ötən sessiyada görülmüş işləri qənaətbəxş hesab olunub

Cəlilabadda bədbəxt hadisə baş verib

Telman İbrahimov: Qafqaz Albaniyasında heykəltaraşlıq ənənələrinin kökləri qədim dövrlərə gedib çıxır

İlqar Fəhmi: Nizami yaradıcılığının təbliği, gənc nəslə çatdırılması mühüm əhəmiyyət daşıyır

Alimlər Marsın erkən dövründə suyun mürəkkəb tarixini üzə çıxarıblar

Elm Fondunun qrant dəstəyi Qafqaz Albaniyasının maddi-mədəni irsinin tədqiqinə yeni imkanlar yaradır

Ekspert: Paytaxtın mərkəzdən kənarlara doğru genişləndirilməsi və inkişaf etdirilməsi həyata keçirilməlidir

Diplomatların Qarabağa səfərinə Ermənistanın reaksiyası sülh ritorikası ilə reallıq arasındakı ziddiyyətdir ŞƏRH

Yunanıstan Egey dənizinin cənub-şərqində dron uçuşlarını qadağan edib

Naxçıvanda reabilitasiya mərkəzinə mediatur təşkil olunub VİDEO

Naxçıvanda reabilitasiya mərkəzinə mediatur təşkil olunub VİDEO

Dövlət katibi: ABŞ Səudiyyə Ərəbistanı qarşısındakı müdafiə öhdəliklərini yerinə yetirəcək

Xaçmazda oğurluq edən şəxs saxlanılıb

ABŞ, Danimarka və Qrenlandiya liderləri bu gün təhlükəsizlik sazişi imzalayacaqlar

Sabah Masallının 4 yaşayış məntəqəsinə qazın verilişi dayandırılacaq

Azərbaycan türk dövlətləri arasında turizm əlaqələrinin inkişafında mühüm rol oynayır

Nyu-Yorkda BMT Baş Assambleyasının yüksəksəviyyəli həftəsi başlayır

Livan ölkənin cənubunda yeni beynəlxalq kontingentin yerləşdirilməsini istəyir

Rumıniya Aİ-də benzinin ən çox bahalaşdığı ölkələr sırasındadır

Fərhad Quliyev: Qafqaz Albaniyasının maddi-mədəni irsi kompleks şəkildə araşdırılmalıdır

Rubio: Tramp İran Prezidenti ilə görüşə açıqdır

Qarabağ və Şərqi Zəngəzurda arxeoloji ekspedisiyaların miqyası artırılır

MOK-un baş katibi: Azərbaycan və Yunanıstan idmanındakı fərqli üstünlüklər əməkdaşlıq üçün mükəmməl imkanlar yaradır

Misin qiyməti rekord göstəriciyə çatır

Metronun “Avtovağzal” və “Xocəsən” stansiyalarının qarşısında avtobuslar üçün aralıq dayanacaq məntəqəsi yaradılıb VİDEO

Metronun “Avtovağzal” və “Xocəsən” stansiyalarının qarşısında avtobuslar üçün aralıq dayanacaq məntəqəsi yaradılıb VİDEO

Rumıniya neft tələbatının 77 faizini idxal hesabına ödəyir

Akademik Hüseyn Əhmədovun 100 illiyinə həsr olunmuş konfrans

Metronun "Xocəsən" və "Avtovağzal" stansiyalarına giriş müvəqqəti olaraq ödənişsiz olacaq VİDEO

Metronun "Xocəsən" və "Avtovağzal" stansiyalarına giriş müvəqqəti olaraq ödənişsiz olacaq VİDEO

VK-nın Qadın Vəkillər Alyansı Beynəlxalq Hüquqşünas Qadınlar Federasiyasına üzv olmaq üçün müraciət edib

Rubio: Hörmüzdən neft daşımaları 60-70 faiz bərpa olunub