ORDU
Cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi 16 dəfə pozulub VİDEO
Bakı, 11 oktyabr (AZƏRTAC). Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, cəbhənin müxtəlif istiqamətlərində atəşkəs rejimi sutka ərzində ümumilikdə 16 dəfə pozulub.
Ermənistan silahlı qüvvələrinin bölmələri oktyabrın 10-da və 11-də gecə Ermənistanın Berd rayonunun Çinari kəndində yerləşən mövqelərdən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Tovuz rayonunun Ağdam kəndində yerləşən mövqelərini atəşə tutublar.
Ermənilər Ağdam rayonunun Yusifcanlı, Xocavənd rayonunun Kuropatkino kəndləri yaxınlığında və Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Azərbaycan Silahlı Qüvvələrinin mövqelərinə atəş açıblar.
Düşmən cavab atəşi ilə susdurulub.