SİYASƏT
Cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 28 dəfə pozulmuşdur VİDEO
Bakı, 17 aprel (AZƏRTAC). Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, Ermənistan silahlı birləşmələri tərəfindən cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 28 dəfə pozulmuşdur.
Ermənistan ordusunun bölmələri aprelin 16-da və 17-də gecə Ermənistanın İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Azərbaycan Ordusunun respublikamızın Qazax rayonunun Qızılhacılı kəndində, Berd rayonunun Mosesqex və Ayqepar kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli və Qazax rayonunun Qaymaqlı kəndlərində yerləşən mövqelərini atəşə tutmuşlar.
Ermənilər Azərbaycan Respublikasının Füzuli rayonunun Qorqan, Horadiz, Ağdam rayonunun Sarıcalı, Novruzlu, Yusifcanlı, Tərtər rayonunun Çiləbürt, Cəbrayıl rayonunun Mehdili, Xocavənd rayonunun Kuropatkino və Goranboy rayonunun Tap Qaraqoyunlu kəndləri yaxınlığında yerləşən mövqelərdən də Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini atəşə tutmuşlar.
Düşmən cavab atəşi ilə susdurulmuşdur.