SİYASƏT
Cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 38 dəfə pozulmuşdur VİDEO
Bakı, 3 fevral (AZƏRTAC). Azərbaycan Respublikasının Müdafiə Nazirliyindən AZƏRTAC-a bildirmişlər ki, cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 38 dəfə pozulmuşdur.
Ermənistan ordusunun bölmələri fevralın 2-də və 3-də gecə Azərbaycan Respublikasının Füzuli rayonunun Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Aşağı Əbdürrəhmanlı, Ağdam rayonunun Mərzili, Yusifcanlı, Şıxlar, Tərtər rayonunun Çiləbürt, Goranboy rayonunun Tap Qaraqoyunlu, Cəbrayıl rayonunun Mehdili, Xocavənd rayonunun Kuropatkino kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini atəşə tutmuşlar.
Düşmən cavab atəşi ilə susdurulmuşdur.