REGİONLAR


Cəbhəyanı regionlar üzrə “Elektron hökumət” mövzusunda seminarlar yekunlaşıb

A+ A

Bakı, 8 noyabr, AZƏRTAC

Cəbhəyanı regionlarda yaşayan vətəndaşlar üçün cari ilin oktyabr-noyabr aylarında “Elektron hökumət” mövzusunda təşkil olunmuş seminarlar başa çatıb.

“Elektron hökumət” portalından AZƏRTAC-a bildirilib ki, oktyabrın 21-22-də Bərdə və Tərtər rayonlarında start verilən layihə noyabrın 4-5–də Ağdam və Goranboyda keçirilən seminarlarla yekunlaşıb.

“Vətənpərvər Maarifçi Gənclər” İctimai Birliyinin, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Məlumat Hesablama Mərkəzinin (MHM), yerli icra hakimiyyəti orqanlarının nümayəndələrinin iştirak etdiyi seminarlarda, ümumilikdə 300-dən çox yerli sakin iştirak edib.

Seminarlarda şəffaf sosial münasibətlərin qurulmasında xidmətlərin rolundan danışılıb, vahid xidmət məkanı olan “Elektron hökumət” portalının bugünkü fəaliyyəti və gələcək prioritetləri barədə məlumat verilib. Bundan əlavə, MHM-in mütəxəssisi portal vasitəsilə təqdim olunan 418 xidmət üzrə ən çox müraciət olunan xidmətlərdən söhbət açıb.

Seminar zamanı müxtəlif məzmunlu arayışların elektron şəkildə əldə edilməsi əhali tərəfindən yüksək qiymətləndirilib. Portalın “fikir bank”, “əks-əlaqə” və “onlayn konsultasiya” kimi köməkçi funksiyaları barədə seminar iştirakçıları məlumatlandırılıb.

Sonda iştirakçılara sertifikat təqdim olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.