İDMAN


Cəbrayıl Həsənov: Olimpiya Oyunlarında qazanılan hər bir medal qiymətlidir

A+ A

Bakı, 24 avqust, AZƏRTAC 

Olimpiya üçüncüsü oldum. Əlimdən gələni etdim. Çox istəyirdim ki, qızıl medal qazanım, alınmadı. Təbii ki, Olimpiya Oyunları kimi mötəbər yarışda qazanılan hər bir medal qiymətlidir.

AZƏRTAC xəbər verir ki, bu fikirləri “Rio-2016” Yay Olimpiya Oyunlarında 74 kiloqram çəkidə bürünc medal əldə etmiş sərbəst güləşçimiz Cəbrayıl Həsənov səsləndirib.

O, yarımfinalda rusiyalı Ənvər Geduyevə uduzmasının səbəbini belə izah edib: “Görüşün əvvəlində 3:0 hesabı ilə irəlidə idim. Rəqib güclü idmançı idi. Hakim haqsızlığı ilə də üzləşdim və üstünlüyümü axıradək qoruyub saxlaya bilmədim. Hər halda, çox sevinirəm ki, ölkəmə medalla qayıda bildim”.

Xatırladaq ki, C. Həsənov səkkizdəbir finalda kolumbiyalı Karlos Arturo İzkuerdo Mendesə qalib gəlib. Növbəti mərhələdə Gürcüstan idmançısı Yakob Makaraşvilini məğlub edən azərbaycanlı pəhləvan yarımfinalda rusiyalı Ənvər Geduyevə uduzub. Təsəlliverici görüşdə isə özbəkistanlı Bekzod Abduraxmanova qalib gələrək komandamızın hesabına bürünc medal yazdırıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.