Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Cəbrayıl rayonunun Ermənistan hərbi birləşmələri tərəfindən işğalının 20-ci ildönümü qeyd olunmuşdurVİDEO

Bakı, 23 avqust (AZƏRTAC). Avqustun 23-də Cəbrayıl rayonunun erməni hərbi birləşmələri tərəfindən işğalının 20-ci ildönümünə həsr olunmuş anma tədbiri keçirilmişdir.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında təşkil edilmiş tədbirdə dövlət və hökumət rəsmiləri - Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov, Milli Məclis sədrinin müavini, ATƏT Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Bahar Muradova, Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili Elmira Süleymanova, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri və nümayəndələri, beynəlxalq təşkilatların təmsilçiləri, ziyalılar iştirak etmişlər.

Əvvəlcə tədbirin iştirakçıları teatrın foyesində Cəbrayıl rayonunun işğaldan əvvəl və sonrakı dövrünü əks etdirən stendlərlə tanış olmuşlar.

Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunmuş, “Erməni işğalında qalan Cəbrayıl” sənədli filmi nümayiş etdirilmişdir.

Tədbirdə Cəbrayıl Rayon İcra Hakimiyyətinin (RİH) başçısı Mahmud Quliyev işğalçı dövlətin hərbi təcavüzü ilə başlanmış Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ağır nəticələrindən, müharibənin ölkəmizə vurduğu hədsiz ziyandan söz açmışdır. Bildirilmişdir ki, işğalçılara qarşı döyüşlərdə Azərbaycanın digər bölgələrində olduğu kimi, Cəbrayıl rayonunun müdafiəçiləri də böyük şücaət göstərmişlər. Bu ədalətsiz müharibədə 368 cəbrayıllı şəhid olmuş, döyüşlərdə xüsusi fədakarlıq göstərənlərdən altısı Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşdür.

M.Quliyev bildirmişdir ki, 1993-cü il avqustun 23-də Cəbrayıl rayonu təcavüzkar Ermənistanın silahlı qüvvələri tərəfindən tamamilə işğal olunduqdan sonra rayonun sakinləri yurd-yuvalarından didərgin düşərək məcburi köçkün kimi respublikanın 58 rayonunun iki min yaşayış məntəqəsində, heç bir yaşayış şəraiti olmayan binalarda, çadır düşərgələrində və dəmir yolu yük vaqonlarında məskunlaşmışlar.

Vurğulanmışdır ki, bu gün Azərbaycan Prezidenti İlham Əliyev ümummilli lider Heydər Əliyevin qaçqın və məcburi köçkünlərə göstərdiyi diqqət və qayğını yüksək səviyyədə davam etdirir. Onların problemlərinin həlli məqsədilə son on ildə bir Dövlət Proqramı və ona iki əlavə qəbul edilmiş, ümumilikdə 47 fərman və sərəncam imzalanmışdır. Dövlətimizin başçısının 2004-cü il 1 iyul tarixli Sərəncamı ilə “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı” təsdiq edilməsi nəticəsində qaçqın və məcburi köçkünlərin həyat şəraiti xeyli yaxşılaşdırılmışdır. Proqram çərçivəsində Azərbaycan Respublikası Dövlət Neft Fondunun vəsaiti hesabına tikilmiş yeni qəsəbələrdə, müasir standartlara cavab verən çoxmərtəbəli binalarda və fərdi evlərdə indiyədək Cəbrayıl rayonundan beş mindən çox ailə mənzillə təmin olunmuşdur. Hazırda beş yüzədək ailənin Bakı şəhərində yeni tikilmiş evlərə köçürülməsi davam edir.

Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra ölkəmizdə bütün istiqamətlərdə, o cümlədən ordu quruculuğu sahəsində qazanılmış uğurlardan söz açan M.Quliyev demişdir ki, Prezident İlham Əliyev tərəfindən bu siyasət daha da inkişaf etdirilmişdir. Azərbaycan ordusu Cənubi Qafqazda ən güclü orduya çevrilmişdir. BMT-nin ali orqanlarının münaqişə ilə bağlı qərarlarına, o cümlədən zəbt edilmiş ərazilərdən erməni silahlı qüvvələrinin qeyd-şərtsiz çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının qətnamələrinə, işğal edilmiş ərazilərdə qanunsuz məskunlaşmanı təsdiqləyən ATƏT missiyasının tövsiyələrinə baxmayaraq Ermənistan indiyədək bu sənədlərə açıq şəkildə etinasızlıq nümayiş etdirir. İnanırıq ki, Azərbaycanın güclü, qüdrətli ordusu tezliklə ölkəmizin ərazi bütövlüyünü təmin edəcək, işğalçıları torpaqlarımızdan qovub çıxaracaqdır.

Bildirilmişdir ki, son 10 ildə Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasət nəticəsində respublikamızın iqtisadi qüdrəti xeyli artmış, ölkəmiz regionun lider dövlətinə çevrilmişdir. Gündən-günə artan beynəlxalq nüfuzu sayəsində Azərbaycan BMT-nin Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilmişdir. Qazanılan uğurlar ölkəmizin bütün vətəndaşları kimi, cəbrayıllıları da ürəkdən sevindirir. Cəbrayıl ziyalıları həmişə dövlətə və dövlətçiliyimizə sədaqət nümayiş etdirmişlər. Əminəm ki, onlar tutduqları yoldan çəkilməyəcək, Azərbaycan Prezidentinin apardığı uğurlu xarici və daxili siyasətə daim dəstək verəcəklər. Hər bir cəbrayıllı inanır ki, dövlətimizin başçısının yürütdüyü məqsədyönlü siyasət nəticəsində torpaqlarımız tezliklə işğaldan azad olunacaq, bütün məcburi köçkünlər kimi, cəbrayıllılar da doğma yurdlarına qayıdacaqlar.

Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov tədbirdə çıxış edərək bildirmişdir ki, Cəbrayıl rayonunun işğalından artıq 20 il keçir. Zənnimcə, bu cür anma tədbirlərinin istiqamətini dəyişmək lazımdır. Bildiyiniz kimi, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə keçirilən “Xocalıya-ədalət!” beynəlxalq kampaniyası bütün dünyada geniş vüsət alaraq Xocalı soyqırımının tanınmasında böyük rol oynayır. Hesab edirəm ki, Azərbaycanın digər rayonlarının da işğalı ilə bağlı dünyada belə layihələrin keçirilməsi daha əhəmiyyətli və səmərəli olardı. Artıq kədərlənməyə son qoymaq və mübarizə hissini gücləndirmək lazımdır.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri qeyd etmişdir ki, biz həmişə Azərbaycanda 1 milyon qaçqın və məcburi köçkünün olduğunu bildiririk. Lakin artıq Prezident İlham Əliyevin səyi nəticəsində bu məsələ ilə bağlı düzəlişlər aparılmışdır. Qaçqın və məcburi köçkünlərin sayı 20 ildə 200 min nəfər artmışdır. Hazırda onların ümumi sayı 1 milyon 200 min nəfərdir. Digər tərəfdən, Ermənistanın Azərbaycana vurduğu ziyanın həcmi də dəqiqləşdirilmişdir. Beynəlxalq Qiymətləndiricilər Assosiasiyasının fəaliyyəti nəticəsində artıq bu rəqəmin 60 milyard dollar deyil, 300 milyard dollardan çox olduğu müəyyənləşdirilmişdir.

Əgər Ermənistan Azərbaycana qarşı tutduğu qərəzli mövqedən əl çəkməsə, ölkəmiz ona vurduğu ziyana görə işğalçı dövlətdən mütləq təzminat tələb edəcəkdir. Azərbaycanın belə bir addım atacağı təqdirdə Ermənistan yüz illər boyu bu məbləği ödəyə bilməz. Bəs görəsən erməni xalqı onu uçuruma aparan belə bir rejimin rəhbərliyi altında yaşamağa necə dözür? Bu gün Ermənistanda Serj Sarkisyan rejimi öz xalqını dilənçi vəziyyətinə salmışdır. Bu, faktdır. Ölkədə heç bir inkişaf, perspektiv yoxdur, xalqın gələcəyi qeyri-müəyyən vəziyyətdədir. Buna görə də əhali sürətlə ölkəni tərk edir. Ermənistan Dövlət Statistika Komitəsinin məlumatına əsasən, ötən il 120 min, bu ilin altı ayı ərzində isə 70 min adam ölkəni tərk etmişdir.

Ə.Həsənov qeyd etmişdir ki, hazırda Ermənistanda yalnız ermənilər yaşayır, orada başqa millətin nümayəndəsi yoxdur. Əhalisi monomillətdən ibarət respublikada hansı inkişafdan danışmaq olar? Məgər dünya görmürmü ki, Ermənistan beynəlxalq təşkilatların qəbul etdiyi heç bir qərarı saymır, icra etmir və onlara hörmətsizlik göstərir. Azərbaycan isə, əksinə, beynəlxalq təşkilatların qərarlarına hörmətlə yanaşaraq onları icra edir. Lakin buna baxmayaraq, dünyada bu iki ölkəyə fərqli münasibət vardır.

Baş nazirin müavini demişdir ki, Azərbaycan bu gün dünyada, layiqli yerini tutmuşdur. Təbii ki, Azərbaycan xalqının nümayəndəsi olaraq bu bizim hər birimizdə fərəh, qürur hissi doğurur. Fəxr edirik ki, ölkəmiz, xalqımız artıq dünyada tanınır. Müxtəlif millətlərin nümayəndələri bu gün Azərbaycana səfər edəndə ölkəmizə qərəzli münasibətləri ilə seçilən bəzi mətbuat orqanlarının haqqımızda yazdıqlarının əksini görürlər.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri daha sonra bildirmişdir ki, Azərbaycanın işğal olunmuş hər qarış torpağı hər bir azərbaycanlının torpağıdır. Mən uzun müddət məcburi köçkünlərin problemlərinin həlli ilə məşğul olan bir şəxs kimi deyə bilərəm ki, işğal edilmiş rayonların əhalisi ötən iyirmi ildə öz ləyaqətlərini qoruyub saxlamışdır. Bu, asan məsələ deyildir. Çətin və dözülməz şəraitdə yaşamasına baxmayaraq öz ləyaqətini, qürurunu və mənliyini itirməmək, sınmamaq yalnız Azərbaycan xalqına məxsus xüsusiyyətdir. Təbii ki belə bir xalqın gələcəyi çox yaxşı olmalıdır. Azərbaycan Prezidenti İlham Əliyev onlar üçün bu gələcəyi təmin etmişdir. 2003-cü ilin sentyabrında ulu öndər Heydər Əliyevin Azərbaycan xalqına müraciətindəki tövsiyələrin hamısını Azərbaycan Prezidenti İlham Əliyev ləyaqətlə yerinə yetirmişdir. Azərbaycan xalqı öz Prezidentinə inanır. Bu gün dövlətimizin başçısı xalqı üçün əlindən gələn hər şeyi edir. Azərbaycanın qaçqın və məcburi köçkünləri üçün yaradılan şəraitin dünyanın heç bir yerində analoqu yoxdur. Hər il 4 min ailə yeni mənzillərə köçürülür. Artıq 160 min qaçqın və məcburi köçkün 31 min mənzilə köçmüşdür. Bu qəbildən olan insanların həyat şəraitinin yaxşılaşdırılması prosesi bundan sonra da davam edəcəkdir.

Əli Həsənov çətin vaxtlarda Azərbaycan xalqı ilə birlikdə olduqlarına, köməklərini əsirgəmədiklərinə görə beynəlxalq təşkilatların nümayəndələrinə minnətdarlığını bildirmişdir.

Anma mərasimi “Qarabağ vətənimizdir” mövzusunda ədəbi-bədii hissə ilə başa çatmışdır.

 

Cəbrayıl rayonunun Ermənistan hərbi birləşmələri tərəfindən işğalının 20-ci ildönümü qeyd olunmuşdurVİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Avroviziya-2024” mahnı müsabiqəsinin birinci yarımfinalı keçirilir

Kakaonun qiymətinin kəskin azalmasının səbəbi məlum olub

Prokurorluq Zaqatalada zəhərlənmə faktı ilə bağlı araşdırma aparır

Komitə sədri BMT-nin Qadınlar təşkilatının regional direktoru ilə görüşüb

Macarıstan XİN rəhbəri ölkəsinin Mərkəzi Asiya ilə əməkdaşlığa görə tənqidlərlə üzləşdiyini deyib

Mahnı Teatrında Ulu Öndərin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş konsert keçirilib

“FireLand” Azərbaycanlılar Birliyi Belçikada ənənəvi festivalda iştirak edib

Azərbaycan Basketbol Liqası: Son çempion seriyanın birinci oyununda “Xırdalan”a qalib gəlib

Azərbaycanın Baş naziri Əli Əsədov Türkiyə mediasına müsahibə verib

Vüqar Rəhimzadə: Qərb Gürcüstanda yaratdığı şəbəkənin ifşa olunmasını istəmir ŞƏRH

Küveyt Əmiri Türkiyədə rəsmi səfərdədir

“Ölüm axtaran qadın” film layihəsi Polşa Kino İnstitutunun dəstəyini qazanıb

Slovakiyanın Baş naziri AZƏRTAC-a və AzTV-yə müsahibə verib YENİLƏNƏCƏK

“Heydər Əliyev 101: dövlət idarəçiliyində liderlik” mövzusunda görüş təşkil olunub

Ceyson Quberman: Azərbaycandakı müxtəlif dini icmalar arasındakı sıx əməkdaşlıq təqdirəlayiqdir

BDU-da “Dünya və Azərbaycan siyasətində Heydər Əliyev kursu” kitabının təqdimatı olub

AİB Asiya ölkələrinin əhalisi haqqında hesabat hazırlayıb

Peşə təmayüllü siniflərə şagird qəbulu elan edilir

Bakıda Azərbaycan-Slovakiya biznes forumu keçirilib

YAP Nəsimi rayon təşkilatının sədri partiya fəalları ilə görüşüb

Bakıda “Azərbaycanın 4-cü Könüllü Milli Hesabatına dair maraqlı tərəflərlə məsləhətləşmələr və 5-ci DİM üzrə irəliləyiş” mövzusunda 4-cü DİM Dialoqu keçirilib

Bakıda Xəzər dənizi məsələləri üzrə Yüksək Səviyyəli İşçi Qrupun yeddinci iclası keçirilib

Azərbaycanın iqlim dəyişikliyi üzrə İkiillik Şəffaflıq Hesabatının hazırlanmasına dəstək təlimi keçirilib

“Yay məktəbi”nə ərizə qəbulu başlayır

Gürcüstanda böyük uğurlar qazanmış soydaşlarımız haqqında filmin çəkilişlərinə başlanılıb

® “Azercell” ilk Dayanıqlılıq (ESG) hesabatını açıqlayır

Naxçıvan ASAN Vəkil Bürosu açılıb

Milli Məclisin plenar iclasında 18 məsələ müzakirə olunub

® “Kapital Bank”ın Laçın filialının açılışı baş tutub

“Heydər Əliyev: multikulturalizm və tolerantlıq ideologiyası” adlı VII beynəlxalq konfrans keçirilib

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının turizmlə bağlı iclası Azərbaycanın sədrliyi ilə keçirilib

Kənd təsərrüfatı nazirinin müavini Qobustanda vətəndaşlarla görüşüb

Şahzadə Harri Londona qayıdıb

30 ildən sonra nəşi tapılan şəhid Qəbələnin Qəmərvan kəndində dəfn edilib VİDEO

Dünyaşöhrətli alim "Yeni çağırışlar"da

Naxçıvanda icbari tibbi sığorta haqları üzrə daxilolmalar 25 faizdən çox artıb

Heydər Əliyev xatirələrdə - BDU və Sosial Xidmətlər Agentliyinin birgə tədbiri

“Caspian Agro 2024” sərgisi çərçivəsində “GreenAgroHack” hakaton yarışması keçiriləcək

FIFA prezidenti COP29-a dəvət olunub

Balakənli kümçülərə 700 qutu ipəkqurdu paylanılıb

BƏT: Azərbaycanda atalıq məzuniyyəti ilə bağlı vəziyyəti yaxşılaşdırmağa ehtiyac var

AMEA-nın yeni loqotipinin - embleminin hazırlanması üçün təqdim edilən layihələrə yekun baxış keçirilib

Hərbi Prokurorluqda Ümummilli Liderin anadan olmasının 101-ci ildönümü münasibətilə tədbir keçirilib

“Qaçqınkom”da vətəndaşların müraciətləri dinlənilib

Ötən ay miqrasiya qanunvericiliyini pozan 202 əcnəbinin ölkəyə girişləri məhdudlaşdırılıb

® “Moody’s” beynəlxalq reytinq agentliyi “Kapital Bank”ın reytinq qiymətləndirməsini açıqlayıb

“Azərbaycanda audiovizual yayımın hüquqi tənzimlənməsi” mövzusunda seminar təşkil edilib

Baş nazir Əli Əsədov Ankarada Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib

Elektron Təhlükəsizlik Xidməti daha 2 məktəbdə maarifləndirmə tədbirləri keçirib

Qida Təhlükəsizliyi Agentliyi: Monitorinqlər zamanı 93 müəssisədə nöqsanlar aşkarlanıb

“Böyük Qayıdışın başlanğıcı” - Hərbi bilik yarışı

“Azərbaycan ədəbiyyatında Heydər Əliyev obrazı: tarixi gerçəklikdən ideala” - elmi sessiya

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 7 fevral tarixli 1819 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 29 mart tarixli 1116-VIQD nömrəli Qanununun tətbiqi barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu

Beynəlxalq Muğam Mərkəzində Ulu Öndərin 101 iliyinə həsr edilmiş tədbir təşkil olunub

“Fövqəladə vəziyyət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 24 fevral tarixli 824-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Fövqəladə vəziyyət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 24 fevral tarixli 824-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu

“Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 4 mart tarixli 158-VQD nömrəli Qanununun tətbiqi və “Dövlət müəssisə və təşkilatları (idarələri) tərəfindən ərzaq məhsullarının mərkəzləşdirilmiş qaydada dövlət büdcəsinin vəsaitləri hesabına satın alınması Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 11 aprel tarixli 859 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 28 sentyabr tarixli 178 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) Siyahısı”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Elektrik quraşdırıcısının iş yerində aldığı xəsarətlərdən ölməsi ilə bağlı cinayət işi başlanılıb

“Qarabağ”ın sabiq qapıçısı millidəki karyerasını bitirib

Şamaxıda Heydər Əliyev mərkəzlərinin Ulu Öndərin 101 illiyinə həsr edilən ümumrespublika toplantısı olub

Slovakiya Baş nazirinin Azərbaycana səfəri başa çatıb

Rektor BMU-nun beynəlxalq yarışda qalib gələn komandalarının üzvləri ilə görüşüb

® “Azercell” “Premium” tarifi və “Premium+” loyallıq proqramını istifadəyə verib

“Heydər Əliyevin müstəqillik strategiyası və suveren Azərbaycanın inkişaf perspektivləri” - dəyirmi masa

Baş nazir Əli Əsədov Ankarada Anıtqəbri ziyarət edib

Gəncə Şəhər Birləşmiş Xəstəxanasının vəzifəli şəxsi həbs olunub

Xidmət rəisi: Qadınların peşə hüquqlarının pozulması daha çox əmək müqavilələri ilə bağlıdır

Bakıda “Heydər Əliyev 101: Türkiyə yüz ili” adlı tədbir keçirilib VİDEO

Azərbaycan Körfəz ölkələri arasında ən çox seçim edilən səyahət istiqamətidir

Azərbaycan Özbəkistanla xəstəxana idarəolunması modeli üzrə əməkdaşlıq edəcək

Suraxanıda narkotik vasitələrin satışını təşkil edən şəxslər saxlanılıblar VİDEO

Ankarada simpozium iştirakçıları Qərbi Azərbaycanda tarixi ədalətin bərpasına çağırıblar VİDEO

Azərbaycanın bədii gimnastı Dünya Kubokunda mübarizə aparacaq

İngiltərə Premyer Liqasında daha bir klubun xalları silinib

Güclü yağışlar Gürcüstanda ciddi problemlər yaradıb

Naxçıvanda vətəndaşlara pulsuz hüquqi yardım göstərilib

Xalq yazıçısı İsmayıl Şıxlının xatirəsi anılıb

Olimpiya məşəli Fransa ərazisinə daxil olub

Slovakiyanın Baş naziri Şəhidlər xiyabanını ziyarət edib

Külli miqdarda mənimsəmə faktı ilə bağlı başlanmış cinayət işi məhkəməyə göndərilib

Çin investorları Azərbaycandakı əlverişli sərmayə mühitindən yararlanırlar

“Araz-Naxçıvan” futzal klubu 15 ildən sonra Azərbaycan Kubokunun qalibi olub

Ukraynadan idxal olunan ət məhsullarında uyğunsuzluq aşkarlanıb

Ulu Öndərin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş konsert - “Andante və Scherso”

“EFES - 2024” təliminə cəlb edilən növbəti heyətimiz Türkiyəyə yola düşüb VİDEO

Azərbaycanlı güləşçinin oğlu ABŞ-da ötən ilin ən yaxşısı seçilib

Ukrayna Təhlükəsizlik Xidməti Zelenskinin qətlini hazırlayan agent şəbəkəsinin ifşası barədə məlumat yayıb

Siyasi şərhçi: Ermənistanın inkişafı Azərbaycan və Türkiyə ilə münasibətlərini yaxşılaşdırmasından asılıdır

Faktiki hava: Xınalıqda sulu qar, Şahdağda isə qar yağır

Bolqarıstan Prezidenti Rumen Radev Azərbaycana rəsmi səfərə gəlib

Ulu Öndər vaxtilə DSX-ni yaradaraq ölkəmizin sərhədlərinin mühafizəsi strategiyasını dəqiqliklə müəyyənləşdirib

Sumqayıtdakı təhsil müəssisəsində 250 min manatlıq pulun mənimsənilməsi ilə bağlı cinayət işi başlanılıb

Mədəniyyət və incəsənət xadimlərinə “Heydər Əliyevin 100 illiyi (1923–2023)” yubiley medalı təqdim edilib

Vyetnam fransız müstəmləkəçiliyinə son qoyan döyüşün 70 illiyini qeyd edir

Ölkəmiz Ankarada beynəlxalq mədəniyyət festivalında təmsil olunub

Bitkilərdə termogenez prosesinə dair tədqiqatlar aparılır

Universitet tələbələri “Dəmir Yumruq Pro 6” açıq turnirinin qalibi olublar