ELM VƏ TƏHSİL
Cəbrayılın Cocuq Mərcanlı kənd məktəbinin şagirdləri Tarix Muzeyində olublar
Bakı, 24 fevral, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Milli Azərbaycan Tarixi Muzeyində Cəbrayıl rayonunun Cocuq Mərcanlı kənd tam orta məktəbinin şagirdləri üçün “Azərbaycan etnoqrafiyası” mövzusunda “açıq dərs” keçirilib.
Bu barədə AZƏRTAC-a muzeydən məlumat verilib. Muzeyin etnoqrafiya elmi fond şöbəsinin müdiri Gülzadə Abdulova şagirdlərə burada mühafizə olunan əsərlər və Azərbaycan etnoqrafiyası barədə məlumat verib.
Sonra məktəblilər muzeyin ekspozisiya zalları ilə tanış olublar.
Tədbir Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil məktəblərində “Ekoloji aylıqlar” layihəsi çərçivəsində təşkil olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.05.2024 [15:37]
Bitkilərdə termogenez prosesinə dair tədqiqatlar aparılır
- 07.05.2024 [15:26]
Universitet tələbələri “Dəmir Yumruq Pro 6” açıq turnirinin qalibi olublar
- 07.05.2024 [15:19]
AzMİU əməkdaşları bu dəfə Sumqayıt məktəbliləri ilə görüşüblər
- 07.05.2024 [14:52]
BDU tələbələri informasiya təhlükəsizliyi haqqında məlumatlandırılıblar
- 07.05.2024 [14:33]
Respublika fənn olimpiadalarının riyaziyyat üzrə final turu keçirilib
- 07.05.2024 [13:47]