REGİONLAR


Cəbrayıllılar doğma yurdlarına qayıdacaqları günü səbirsizliklə gözləyirlər

A+ A

Biləsuvar, 23 avqust, Mahir Babayev, AZƏRTAC

Avqustun 23-də Biləsuvarda məskunlaşan cəbrayıllı məcburi köçkünlər üçün salınmış qəsəbədə Cəbrayılın işğalının 23-cü ildönümü ilə bağlı keçirilən anım mərasimində Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi ehtiramla yad edilib.

AZƏRTAC xəbər verir ki, anım tədbirindən əvvəl Şəhidlər Xatirə Kompleksi önünə gül dəstələri düzülüb.

Rayonun rəhbər işçiləri, idarə, müəssisə əməkdaşları, ictimaiyyət nümayəndələri və şəhid ailələrinin qatıldığı tədbirdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Kamal Həsənov bildirib ki, Cəbrayılın işğalı nəticəsində 68,3 min sakin doğma yurdundan didərgin düşərək respublikanın 53 şəhər və rayonunda məskunlaşıb. Cəbrayılın müdafiəsi zamanı 368 nəfər şəhid, 230 nəfər əlil olub, 6 nəfər Milli Qəhrəman adına layiq görülüb.

Tədbirdə Prezident İlham Əliyevin məcburi köçkünlərə qayğısından da söhbət açılıb, Biləsuvar rayonu ərazisində 11 müasir tipli qəsəbənin salındığı və bu qəsəbələrdə 20 minə yaxın cəbrayıllının yerləşdiyi diqqətə çatdırılıb.

Çıxışlarda vurğulanıb ki, dövlətimizin başçısının uğurlu siyasəti, ölkəmizin artan iqtisadi və hərbi qüdrəti nəticəsində tezliklə ərazi bütövlüyümüz bərpa olunacaq, bununla da ədalətsizliyə son qoyulacaq. Bildirilib ki, cəbrayıllılar doğma yurdlarına qayıdacaqları günü səbirsizliklə gözləyirlər.

Sonda Cəbrayıl rayonunun tarixindən və işğalından bəhs edən film nümayiş olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.