İQTİSADİYYAT


“Cəfər Cabbarlı” metro stansiyasının 1-ci yolu sərnişinlərin istifadəsinə verilib

Bakı, 15 dekabr, Elvin Camalov, AZƏRTAC

Dekabrın 15-dən “Cəfər Cabbarlı” metro stansiyasının 1-ci yolu sərnişinlərin istifadəsinə verilib.

AZƏRTAC xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev deyib.

O bildirib ki, “Cəfər Cabbarlı” stansiyasının birinci yolunun təmir-bərpa işləri artıq yekunlaşıb. Təmir-bərpa işlərinin yekunlaşmasının 2 həftəyə bitəcəyi gözlənilsə də, işlər 1 həftəyə başa çatıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.