İQTİSADİYYAT
“Cəfər Cabbarlı” metro stansiyasının 1-ci yolu təmir işləri səbəbindən qısa müddətə bağlanılır
Bakı, 7 dekabr, Elvin Camalov, AZƏRTAC
Dekabrın 7-dən “Cəfər Cabbarlı” metro stansiyasının 1-ci yolu təmir-bərpa işlərinin aparılması ilə əlaqədar qısa müddətə bağlanılır.
AZƏRTAC xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev deyib.
O bildirib ki, təmir-bərpa işlərinin təxminən 2 həftə davam etməsi planlaşdırılır. “Xətai” metro stansiyasına gedəcək sərnişinlər “Cəfər Cabbarlı” metro stansiyasının ikinci yolundan istifadə edə bilərlər.
Qeyd edək ki, 2-ci yol “28 May” metro stansiyasından “Cəfər Cabbarlı” metro stansiyasına keçərkən soldakı yoldur. Həmçinin “Cəfər Cabbarlı” stansiyasının eskalatorundan endikdən sonrakı sol istiqamət də 2-ci yola aparır.