MƏDƏNİYYƏT


Cəfər Cabbarlının yaradıcılığına həsr edilmiş bədii qiraət və dram müsabiqəsi keçirilir

A+ A

Bakı, 28 oktyabr, AZƏRTAC

Oktyabrın 28-də Yasamal rayonu Niyazi adına 22 nömrəli musiqi məktəbində Cəfər Cabbarlının yaradıcılığına həsr edilmiş bədii qiraət və dram müsabiqəsi keçirilib.

AZƏRTAC xəbər verir ki, C.Cabbarlının ev-muzeyinin direktoru Qəmər Seyfəddinqızı tədbirin əhəmiyyətindən danışıb. Bildirib ki, "Cəfər Cabbarlı adına mədəniyyət, elm və təhsilin inkişafına yardım” İctimai Birliyinin "Müasir cəmiyyətdə milli-mənəvi dəyərlərin qorunması, maarifçiliyin inkişaf etdirilməsi. Azərbaycanın klassik və müasir ədəbiyyat xadimlərinin yaradıcılığının təbliği" layihəsi çərçivəsində keçirilən müsabiqə məktəblilərin ədəbi-bədii səviyyəsinin yüksəlməsinə kömək etmək məqsədi daşıyır.

Şagirdlər arasında keçirilən bədii qiraət və dram müsabiqəsində yaşından asılı olmayaraq həm aşağı, həm də yuxarı sinif şagirdləri, həmçinin müxtəlif dillərdə təhsil alan məktəblilər iştirak edirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.