İQTİSADİYYAT


Cəfər Xəndan küçəsinin daha bir hissəsi təmir olunur VİDEO

Bakı, 28 dekabr, AZƏRTAC

Bakı şəhərində avtonəqliyyat vasitələrinin və piyadaların rahat, maneəsiz və təhlükəsiz şəkildə hərəkətini təmin etmək istiqamətində “Azəravtoyol” ASC tərəfindən aparılan kompleks tədbirlər çərçivəsində Binəqədi rayonu Cəfər Xəndan küçəsinin daha bir hissəsində təmir işləri aparılır.

ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, təmir işləri Cəfər Xəndan küçəsinin Şövkət Məmmədova və İbrahimpaşa Dadaşov küçələri arasında yerləşən 350 metrlik hissəsində aparılır. Küçənin eni bu hissədə 16 metr təşkil edir.

Hazırda küçənin sözügedən hissəsində yeni yeraltı kommunikasiya xəttinin çəkilişi işləri aparılır. Daha sonra yolun hərəkət hissəsindən səth sularının normal kənarlaşdırılmasını təmin etmək məqsədilə mövcud yağış-kanalizasiya xətləri işlək vəziyyətə salınacaq, zəruri olan yerlərdə yeni xətt çəkilərək yağış barmaqlıqları qoyulacaq. Təmir işləri çərçivəsində köhnə asfalt-beton örtük ikiqat olmaqla yenisi ilə əvəz olunacaq, mövcud piyada səkiləri isə bərpa ediləcək. Ümumilikdə, küçənin sözügedən hissəsində 5 min 500 kvadratmetr sahəyə yeni asfalt-beton örtük döşənəcək, piyada səkilərinin kənarlarına isə 700 poqonmetr yeni səki daşları düzüləcək.

Bundan öncə Cəfər Xəndan küçəsinin Azadlıq prospekti ilə Qəzənfər Musabəyov küçəsi arasında yerləşən 700 metrlik, həmçinin Əhməd Rəcəbli və Şövkət Məmmədova küçələri arasında yerləşən 750 metrlik hissələrində təmir işləri aparılaraq yekunlaşdırılıb. Təmir olunan yollar hərəkətin normal təşkili üçün zəruri yol nişanları, yol-cizgi və yolgöstərici xətlərlə təmin edilərək vətəndaşların istifadəsinə verilib.

Növbəti mərhələdə küçənin İbrahimpaşa Dadaşov və Azadlıq prospekti arasında yerləşən 550 metrlik hissəsinin təmir edilməsi nəzərdə tutulur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.