REGİONLAR
Cəlilabad rayon Tarix-Diyarşünaslıq Muzeyində yeni eksponatlar sərgilənir
Cəlilabad, 18 noyabr, Bağır Əliyev, AZƏRTAC
Cəlilabad rayon Tarix-Diyarşünaslıq Muzeyinin fonduna daxil edilmiş yeni eksponatların sərgisi təşkil olunub.
AZƏRTAC xəbər verir ki, sərginin açılış mərasimində çıxış edən rayon icra hakimiyyətinin başçısı Əziz Əzizov Azərbaycan tarixinin öyrənilməsində mühüm rol oynayan eksponatların əhəmiyyətindən danışıb. Qeyd olunub ki, qədim tariximizin və mədəni irsimizin öyrənilməsi, gələcək nəsillərə çatdırılması baxımından rayon Tarix-Diyarşünaslıq Muzeyində ölkəmizin və Cəlilabadın tarixini əks etdirən, turistlər üçün böyük maraq doğuran çoxlu sayda eksponat var. Bu eksponatlar bölgənin tarixini öyrənmək baxımından da olduqca əhəmiyyətlidir.
Sonra iştirakçılar sərgidə nümayiş etdirilən 1134 ədəd yeni eksponatla tanış olublar.