CƏMİYYƏT


Cəlilabad rayon sakinində 3 kiloqramdan çox heroin və tiryək götürülüb VİDEO

Bakı, 13 iyun, AZƏRTAC

Respublikanın daxili işlər orqanlarının əməkdaşları külli miqdarda narkotik vasitənin alqı-satqısı ilə məşğul olan şəxsin ifşa edilməsi ilə nəticələnən növbəti uğurlu əməliyyat tədbiri həyata keçiriblər.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə Cəlilabad rayon sakini Cəlaləddin Ağayevin narkotik vasitələrin satışı ilə məşğul olduğu barədə əməliyyat məlumatı daxil olub.

Təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxs Cəlilabad rayonu ərazisində saxlanılıb. Onun əlindəki bağlamaya baxış zamanı 1 kiloqram 300 qram heroin, həmçinin 2 kiloqram 10 qram tiryək aşkar olunaraq götürülüb.

Saxlanılan şəxs ifadəsi zamanı narkotik vasitələri əvvəldən tanıdığı İran vətəndaşından satmaq niyyəti ilə aldığını bildirib.

Faktla bağlı Baş İdarənin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, zəruri istintaq hərəkətləri, eləcə də əməliyyat-axtarış tədbirləri davam etdirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.