REGİONLAR


Cəlilabad rayonunda mədəniyyət işçiləri arasında növbəti debatlar təşkil olunub VİDEO

A+ A

Cəlilabad, 30 sentyabr, İ.Adıyev, AZƏRTAC

Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin təşkilatçılığı ilə Cəlilabad rayonunda “Gənc mədəniyyət işçilərinin koordinasiya kreativ qrupu”nun üzvləri arasında növbəti debatlar təşkil olunub.

AZƏRTAC xəbər verir ki, “Azərbaycan gəncliyi üçün tolerantlıq nədir” və “Vətənpərvərlik ruhunun formalaşmasında mədəniyyət amili” panellərində keçirilən debatlarda Cəlilabad, Masallı, Yardımlı, Biləsuvar, Salyan və Neftçala rayonlarından 100-dən çox gənc mədəniyyət işçisi iştirak edib.

Debatlar Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə çəkilmiş vətənpərvərlik mövzusunda olan “Yol” qısametrajlı filmin nümayişindən sonra başlayıb.

Tədbir Cəlilabad rayonunun ictimaiyyət nümayəndələri, o cümlədən Ombudsmanın Cəlilabad Regional Mərkəzinin rəhbəri Ziya İsmayılovun, rayon icra hakimiyyətinin nümayəndəsi Loğman Hüseynovun, rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Rəşad Salmanovun, Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin direktoru Asif Usubəliyevin iştirakı ilə keçirilib.

Mərkəzin direktoru Asif Usubəliyev mədəniyyət işçiləri arasında debatların keçirilməsinin zəruriliyini qeyd edərək, gənclərin fikirlərini sərbəst şəkildə ifadə etməsində, hadisələrə adekvat qiymət vermək bacarığının formalaşmasında, habelə müxtəlif problemlərin həllində və əməkdaşlarda peşəkarlıq keyfiyyətlərinin artmasında açıq müzakirələrin təşkil olunmasının vacibliyini vurğulayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.