CƏMİYYƏT


Cəlilabadda 3 otaqlı ev yanıb

Bakı, 8 iyul, AZƏRTAC

AZƏRTAC Fövqəladə Hallar Nazirliyinin məlumatına istinadla xəbər verir ki, Cəlilabad rayonu Calayır kəndində vətəndaşa məxsus ümumi sahəsi 162 kvadratmetr olan birmərtəbəli 3 otaq və 1 aynabənddən ibarət evin yanar konstruksiyaları və ev əşyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Digər yanğın hadisəsi Masallıda baş verib. Rayonun Seybətin kəndində yol kənarında vətəndaşa məxsus ümumi sahəsi 60 kvadratmetr olan təndirxananın dam örtüyünün yanar konstruksiyaları 7 kvadratmetr sahədə və içərisinə yığılmış 3 kvadratmetr sahədə taxta qırıntıları yanıb. Təndirxananın qalan hissəsi yanğından mühafizə olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.