REGİONLAR
Cəlilabadda Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı qeyd olunub
Cəlilabad, 28 dekabr, Bağır Əliyev, AZƏRTAC
Dekabrın 28-də Cəlilabad şəhərində 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramına həsr olunmuş ümumrayon tədbiri keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov rayon sakinlərini qarşıdan gələn əlamətdar bayramlar münasibətilə təbrik edib. 2016-cı ilin xalqımız, o cümlədən cəlilabadlılar üçün uğurlu olduğunu qeyd edən Ə.Əzizov yola saldığımız ildə rayonda həyata keçirilən genişmiqyaslı tikinti, quruculuq və yenidənqurma işlərindən, qarşıda duran vəzifələrdən danışıb.
Bayram tədbirində Cəlilabad rayonunun ictimai-siyasi həyatında fərqlənən şəxslərin bir qrupuna rayon icra hakimiyyətinin fəxri fərmanları verilib.
Şaxta baba və Qar qızın çıxışları, rayonun incəsənət ustalarının ifa etdikləri musiqi nömrələri bayram şənliyini daha da rövnəqləndirib.