REGİONLAR


Cəlilabadda Milli Qəhrəman Vüqar Mürsəlovun xatirəsi anılıb

Cəlilabad, 7 iyul, Bağır Əliyev, AZƏRTAC

Cəlilabad şəhərindəki Heydər Əliyev Mərkəzində Milli Qəhrəman Vüqar Mürsəlovun xatirəsinə həsr edilən tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Milli Qəhrəmanın həyatı və döyüş yolundan bəhs edən sənədli filmə baxıblar.

Vüqar Mürsəlovun düşmən tapdağı altında olan torpaqlarımızın azad edilməsi uğrunda göstərdiyi qəhrəmanlıqdan söz açan film ilk dəfə Bakının Nizami Kino Mərkəzində nümayiş etdirildikdən sonra Milli Qəhrəmanın anım günündə Cəlilabad şəhərində tamaşaçılara təqdim olunub.

Mərasimdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Əziz Əzizov Milli Qəhrəmanın keçdiyi döyüş yolundan danışaraq bildirib ki, Vüqar Mürsəlovun xatirəsi hər zaman xalqımız tərəfindən uca tutulur. Torpaqlarımızın azadlığı uğrunda döyüşənlər və şəhid ailələri dövlətimiz tərəfindən qayğı ilə əhatə olunub.

Cəlilabad Rayon Polis Şöbəsinin rəisi Mübariz Quliyev Vüqar Mürsəlovun Xüsusi Təyinatlı Polis Dəstəsində vuruşaraq şəhid olmasını Azərbaycan polisinin şanlı səhifələrindən biri kimi dəyərləndirib.

Tədbirdə çıxış edən Milli Qəhrəmanın ailə üzvləri və döyüş yoldaşları ölkəmizin hər qarış torpağı uğrunda düşmənlə ölüm-dirim mübarizəsinə atılan Vüqar Mürsəlovun dəfələrlə döyüş yoldaşlarını ölümün pəncəsindən xilas etdiyini bildiriblər.

Qeyd edək ki, Vüqar Mürsəlov Tərtər rayonunun Cəmilli kəndi istiqamətində gedən ağır döyüşlərin birində şəhid olub. Göytəpə şəhər tam orta məktəbi və Cəlilabadın mərkəzi küçələrindən biri onun adını daşıyır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.