REGİONLAR


Cəlilabadda fiziki məhdudiyyətli azyaşlının rəsm əsərlərindən ibarət sərgi təşkil olunub VİDEO

A+ A

Cəlilabad, 29 oktyabr, İlkin Adıyev, AZƏRTAC

Oktyabrın 29-da Cəlilabad Dövlət Rəsm Qalereyasının inzibati binasında eşitmə və danışma məhdudiyyətli 11 yaşlı Məmmədli Sinan Qurban oğlunun əl işlərindən ibarət ilk fərdi sərgisi təşkil olunub.

AZƏRTAC xəbər verir ki, sərginin açılışında Cəlilabad rayon Mədəniyyət və Turizm Şöbəsinin əməkdaşları, valideynlər və gənclər iştirak ediblər.

Əlliyədək rəsm əsərinin nümayiş etdirildiyi sərgidə bir-birindən maraqlı əl işləri iştirakçıların marağına səbəb olub. Kiçik rəssam bu rəsmləri pastel və sulu boya ilə ərsəyə gətirib.

Rəsm əsərləri ilə tanışlıqdan sonra Sinan Məmmədli diplomla mükafatlandırılıb.

Qeyd edək ki, Sinan Məmmədli qalereyada yaradılmış “Gələcəyin rəssamları” dərnəyinin üzvüdür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.