REGİONLAR


Cəlilabadda kartof əkininə başlanılıb

A+ A

Cəlilabad, 9 yanvar, Bağır Əliyev, AZƏRTAC

Bir neçə gündür Cəlilabad rayonunda yazlıq kartof əkininə başlanılıb.

AZƏRTAC xəbər verir ki, rayonda kartofçuluqla məşğul olan fermerlər və məhsul istehsalçıları əkin zamanı yerli toxumlarla yanaşı, Rusiyadan gətirilmiş məhsuldar toxumlara da üstünlük verirlər.

Havaların əlverişli keçməsindən istifadə edən məhsul istehsalçıları əkin kampaniyasını qısa müddətdə başa vurmaq üçün bütün qüvvələri səfərbərliyə alıblar.

Təsərrüfat sahibləri əkin sahələrinin münbitliyini artırmaq və məhsuldarlığın yüksəldilməsi məqsədilə torpağı gübrələrlə qidalandırır, əkin zamanı aqrotexniki qaydalara əməl edirlər.

Qeyd edək ki, ötən il Cəlilabadda 4500 hektar sahədə kartof əkilib. Kartofçuluqda yüksək gəlir əldə edən məhsul istehsalçıları bu il əkin sahələrini xeyli genişləndiriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.