REGİONLAR


Cəlilabadda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib VİDEO

A+ A

Cəlilabad, 31 oktyabr, Bağır Əliyev, AZƏRTAC

Oktyabrın 31-də Cəlilabad rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

AZƏRTAC xəbər verir ki, hadisə səhər saat 9:00 radələrində Ələt-Astara magistral yolunun Göytəpə şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb.

Şəxsiyyəti hələlik müəyyən olunmayan sürücünün idarə etdiyi “KamAZ” markalı ağırtonnajlı yük avtomobili Masallı rayonunun Təzə Alvadı kənd sakini Qeyrət Allahverdiyevin idarə etdiyi “VAZ-2107” markalı minik avtomobili ilə toqquşub. Nəticədə “VAZ-2107” markalı avtomobilin sürücüsü aldığı çoxsaylı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırmalar aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.