REGİONLAR


Cəlilabadda qədim tarixi olan küp qəbir aşkar edilib VİDEO

A+ A

Cəlilabad, 8 avqust, Bağır Əliyev, AZƏRTAC

Cəlilabad rayonunun Şatırlı kənd sakini Anar Qasımovun həyətyani torpaq sahəsində qədim tarixi olan küp qəbir aşkar edilib.

AZƏRTAC xəbər verir ki, küp qəbirdən insan sümükləri ilə yanaşı, 70-dən çox müxtəlif rəngli və ölçülü bəzək əşyaları aşkarlanıb.

Tarixçi Elşad Əmənovun sözlərinə görə, 80 santimetr diametrində olan küpün içərisində balıqqulağından hazırlanmış bəzək əşyalarının da olması faktına cənub bölgəsində bu növ qəbirlərdə ilk dəfədir ki, rast gəlinir. Onun qənaətincə, tapılmış insan sümükləri 9-12 yaşlı qız uşağına aiddir.

Aşkar edilmiş maddi-mədəniyyət nümunələri araşdırılmaq məqsədilə Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutuna göndərilib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.