REGİONLAR


Cəlilabadda sınaq məqsədilə əkilən pambıq sahələrindən yaxşı nəticə əldə olunub

A+ A

Cəlilabad, 9 avqust, Bağır Əliyev, AZƏRTAC

Prezident İlham Əliyevin tapşırıqlarına müvafiq olaraq Cəlilabad rayonunda ənənəvi əkin sahələrinin inkişaf edirilməsinə diqqət artırılıb.

AZƏRTAC xəbər verir ki, pambığın alış qiymətinin artırılması və məhsul istehsalçılarına dövlət tərəfindən subsidiyaların verilməsi cəlilabadlı fermerləri bu işə həvəsləndirib.

Uzun fasilədən sonra rayonun Təzəkənd və Sabirabad kəndlərinin ərazisində sınaq məqsədilə ilkin olaraq 400 hektar sahəyə çiyid səpilib.

Fermer Rafil Nağıyev bildirib ki, pambıqçılıq Cəlilabad üçün xarakterik, ənənəvi əkin sahəsidir. Ötən əsrin 80-ci illərində rayonun Muğan ərazisində pambıqçılıq inkişaf etmişdi. Sonralar bu sahəyə marağın azalması fermerləri pambıq əkinindən uzaqlaşdırıb. İndi isə dövlətimizin başçısının aqrar sahəyə diqqət və qayğısı ilə bir çox bölgələrdə olduğu kimi, Cəlilabadda da pambıqçılıq inkişaf etdirilir.

Cəlilabadda sınaq məqsədilə əkilən pambıq sahələrindən yaxşı nəticə əldə olunub. Çiyid toxumunun yüksək reproduksiyalı olması və sahələrə göstərilən aqrotexniki qulluğun düzgün aparılması yüksək məhsuldarlığa zəmanət verir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.