REGİONLAR


Cəlilabadda taxıl biçini başa çatıb

A+ A

Cəlilabad, 16 iyul, Bağır Əliyev, AZƏRTAC

Cəlilabad rayonunda taxıl biçini kampaniyası başa çatıb. Zəmilərdən 203 min 730 ton taxıl yığılıb.

AZƏRTAC xəbər verir ki, biçin kampaniyasını itkisiz və vaxtında başa çatırmaq məqsədilə taxıl sahələrinə 200 kombayn cəlb edilib.

Qeyd edək ki, bu il Cəlilabad rayonunda 65 min 563 hektar sahədə taxıl əkilib. Bunun 56 min 811 hektarında buğda, 6 min 752 hektarında isə arpa təşkil edir. Ötən illə müqayisədə bu il rayonda taxıl sahələri 4 min hektar artırılıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.