REGİONLAR


Cəlilabadda üzərində xüsusi yazılar olan məzar daşı tapılıb VİDEO

A+ A

Cəlilabad, 1 avqust, Bağır Əliyev, AZƏRTAC

Cəlilabad rayonunun Ləkin kəndindəki qədim qəbiristanlıqda üzərində qeyri-adi yazılar olan məzar daşı aşkarlanıb.

AZƏRTAC xəbər verir ki, eramızdan əvvəl VI-IV minilliyə aid olduğu güman edilən bu tapıntının hər iki üzündə müxtəlif işarələr əks olunub. Maddi mədəniyyət nümunəsi araşdırılmaq məqsədilə Cəlilabad Tarix və Diyarşünaslıq Muzeyinə verilib. Məzar daşının üzərindəki işarələrin oxunması üçün Azərbaycan Milli Elmlər Akademiyasının və 7 müxtəlif ölkənin tarixçi alimlərinə müraciət edilib.

Yazını hələ ki, müəyyənləşdirmək mümkün olmayıb. Tarixçilərin işini çətinləşdirən isə indiyə kimi yazılı ədəbiyyatlarda bu kimi işarələrə rast gəlinməməsidir.

Arxeoloji nümunəni aşkar edən tarixçi Elşad Əmənovun sözlərinə görə, çox güman ki, başdaşı üzərindəki yazılar qədim dini inanclarla bağlı astronomik təsəvvürləri göstərir.

O bildirib ki, başdaşının tapıldığı qəbiristanlıqda geniş arxeoloji tədqiqatların aparılması bu işarələrin oxunmasına yardımçı ola bilər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.