REGİONLAR


Cəlilabadda üzüm yığımına başlanılıb

A+ A

Cəlilabad, 26 iyul, Bağır Əliyev, AZƏRTAC

Cəlilabad rayonunun üzüm bağlarında məhsul yığımına başlanılıb.

AZƏRTAC xəbər verir ki, bağlarda məhsul bolluğu fermerləri razı salsa da, bazardakı qiymət onların ürəyincə deyil. Ötən mövsümün ilk günlərdə üzümün 1 kiloqramını 1 manat 50 qəpiyə satan üzümçülər bu il məhsulun ilkin satış qiymətinin 70 qəpik olduğunu bildirirlər.

Məhsul yığımı iki mərhələdə aparıldığından hazırda bağlardan daha tez yetişən üzüm yığılır.

Qeyd edək ki, Cəlilabad rayonunda yetişdirilən üzüm əsasən Bakı şəhərinin və ətraf rayonların bazarlarında satışa çıxarılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.