CƏMİYYƏT
Cəlilabadda və Zaqatalada vətəndaşa məxsus evdə baş verən yanğın söndürülüb
Bakı, 22 yanvar, AZƏRTAC
Cəlilabad rayonunun Hacıməmmədli kəndində vətəndaşa məxsus ümumi sahəsi 140 kvadratmetr olan kürsülü, altıotaqlı birmərtəbəli evin 100 kvadratmetrlik hissəsi yanıb.
Fövqəladə Hallar Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, evin qalan hissəsi yanğından mühafizə olunub. Alov yanğınsöndürənlər tərəfindən söndürülüb.
Zaqatala rayonunun Mosul kəndində də vətəndaşa məxsus ümumi sahəsi 156 kvadratmetr olan altıotaqlı birmərtəbəli evdə yanğın baş verib. Nəticədə evin dam örtüyünün 60 kvadratmetrlik hissəsi və iki otağın tavanı yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub, alov söndürülüb.