REGİONLAR


Cəlilabadda yaradılan aqroparkda süd məhsulları istehsal olunacaq

Cəlilabad, 12 iyul, Bağır Əliyev, AZƏRTAC

Ölkəmizin 24 rayonunda yaradılan aqroparklardan biri də məhz Cəlilabadda yerləşir.

AZƏRTAC xəbər verir ki, rayondakı “Günəşli aqropark”ın nəzdində bu il heyvandarlıq kompleksi yaradılıb. 120 hektar sahəni əhatə edən kompleksin ərazisində eni 60, uzunluğu 22 metr olan iki ferma inşa edilib. Fermalar müasir avadanlıqlarla təchiz olunub. Bu il aqroparka lizinqlə Almaniyadan 260 baş iribuynuzlu cins heyvan gətirilib.

Bu heyvanların yerli iqlimə uyğunlaşması tam başa çatdıqdan sonra süd məhsullarının istehsalına başlanılacaq. Aqroparkın ərazisində keyfiyyətli yem bazası təşkil etmək üçün bütün imkanlar mövcuddur. Bu məqsədlə yaxın gələcəkdə aqroparkın ərazisində süd emalı müəssisəsi və ət kəsimi sexi yaradılacaq.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.