REGİONLAR


Cəlilabadda yararsız heyvan cəmdəyi zərərsizləşdirilib

A+ A

Bakı, 27 oktyabr, AZƏRTAC 

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti (DBNX) insan sağlamlığı və qida təhlükəsizliyi ilə əlaqədar aparılan tədbirləri davam etdirir.

DBNX-nin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, oktyabrın 11-də Xidmətin Cəlilabad rayon baytarlıq idarəsinin və rayon polis şöbəsinin əməkdaşları tərəfindən məlumat əsasında birgə reyd keçirilib. Reyd zamanı Cəlilabad rayonu Azərbaycan küçəsində yaşayan Quliyev Elçin Cabir oğluna məxsus həyətdə “Jiquli” markalı 15-BP-961 dövlət nömrə nişanlı minik avtomobilinin arxa oturacağında və yük yerində antisanitar vəziyyətdə daşınan 1 baş heyvan cəmdəyi və daxili orqanları aşkar olunub.

Araşdırma zamanı ətin mənşəyinə və sağlamlığına dair müşayiətedici sənədləri olmadığı, baytarlıq-sanitariya ekspertizasından keçmədiyi müəyyən edilib. Aşkarlanan ətin və daxili orqanların insan qidası üçün yararlığı şübhə doğurduğundan onlardan müayinə üçün nümunələr götürülərək Respublika Baytarlıq Laboratoriyasına göndərilib.

Laboratoriyada aparılan müayinələrin nəticəsinə əsasən, cəmdəklərin bakterioloji çirklənməyə məruz qalması, keyfiyyətsiz olması və baytarlıq-sanitariya tələblərinə cavab verməməsi müəyyənləşdirilib.

Respublika Baytarlıq Laboratoriyasının ekspertiza nəticələri nəzərə alınaraq, oqoniya vəziyyətində kəsilmiş iribuynuzlu heyvan cəmdəyinin və daxili orqanların zərərsizləşdirilməsinə qərar verilib.

Qərara uyğun olaraq, Cəlilabad rayon sakini Quliyev Elçin Cabir oğlunun həyətində “Jiqulu” markalı minik avtomobilində aşkarlanmış 152 kiloqram heyvan cəmdəyi və 12 kiloqram heyvanın daxili orqanı baytarlıq mütəxəssislərinin nəzarəti altında Cəlilabad rayonu ərazisində aidiyyəti qurumların əməkdaşlarının iştirakı ilə baytarlıq-sanitariya tələblərinə uyğun zərərsizləşdirilərək basdırılıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.